main-post-cover

    OnePlus 11-in qlobal versiyası və OnePlus 11R smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    09.02.2023
    Farid Pardashunas
        OnePlus şirkəti keçən ayın əvvəlində Çində OnePlus 11 flaqman smartfon modelini təqdim etmişdi. İndi isə şirkət onun qlobal versiyasını və OnePlus 11R modelini təqdim edib. Adi OnePlus 11-in Çin versiyası ilə qlobal versiyası arasında elə də böyük fərq yoxdur. Əsas fərqlilik smartfonun RAM və daxili yaddaşı ilə bağlıdır. Belə ki, OnePlus 11-in Çin versiyası 12/16 GB RAM 256/512 GB daxili yaddaş ilə təchiz olunduğu halda qlobal versiyası 8/16 GB RAM128/256 GB daxili yaddaş ilə təchiz olunur. Təbii ki, bu versiyalar arasında satış qiymətləri üzrə fərqlər də var. Beləliklə smartfonun qlobal versiyasının 8 GB RAM-a və 128 GB yaddaşa sahib modeli 699$-a, 16 GB RAM-a və 256 GB yaddaşa sahib modeli isə 799$-a satılacaq. İndi isə keçək OnePlus 11R modelinə.
        Sözügedən smartfon Çində təqdim edilmiş OnePlus Ace 2 smartfonunun qlobal versiyasıdır. O, xarici görünüşcə OnePlus 11-ə bənzəyir. Lakin texniki göstəricilər baxımından bir qədər sadələşdirilib. Bunun hesabına onun satış qiymətini də aşağı salmaq mümkün olub. Xarici görünüş baxımından əsas fərq ondan ibarətdir ki, OnePlus 11R modelində ön kamera ekranın yuxarı mərkəz hissəsində deyil, yuxarı sol künc hissədə yerləşdirilib. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2772x1240 piksel keyfiyyətli 6.74 düym AMOLED ekran ikğlə təchiz ounub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1450 nit təşkil edir. Ekran əlavə olaraq Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub və özündə barmaq izi skanı texnologiyasını birləşdirir.
        Bundan əlavə olaraq OnePlus 11R kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və stereo səsgücləndiriciləri əldə edib. Əsas tenxiki göstəricilər baxımından smartfon Snapdraogn 8+ Gen 1 prosessoru, 8/16 GB RAM, 128/2566 GB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya) + 8 MP (f/2.2 difraqma, 120 dərəcə bucaq əhatəsi) + 2 MP üçlü arxa kamera, 16 MP-lik (f/2.4 diafraqma) ön kamera və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, OnePlus 11R hələ ki, Hindistan bazarında satışa çıxıb. Onun yaxın zamanda digər regionlarda da satışa çıxacağı gözlənilir. Smartfonun Hindistan bazarındakı satış qiymətlərinə gədikdə isə 8 GB RAM-a və 128 GB yaddaşa sahib versiya 480$-a, 16 GB RAM-a və 256 GB yaddaşa sahib versiya isə 545$-a satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər