main-post-cover

    Nothing şirkətinin ilk smartfonu Nothing Phone (1)-in dizaynı ortaya çıxıb

    Cihazlar+
    31.05.2022
    Farid Pardashunas
        Nothing şirkətinin Nothing Phone(1) adlı ilk smartfon modelinin təqdimatına bir neçə ay qalmış internetdə onun dizaynı ortaya çıxıb. Smartfonun dizaynı Nothing şirkəti tərəfindən onun necə hazırlanmasına həsr edilmiş videodan götürülüb. Ortaya çıxmış dizayn Nothing Phone (1) barəsində əvvəlki məlumatları təsdiqləyib və onun xarici görünüşünü sərgiləyib. Beləliklə ortaya çıxmış dizayna əsasən smartfon ekranının yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Bundan əlavə olaraq ekran ətrafında qalın olmayan simmetrik çərçivələr olacaq.
        Arxa paneldə isə eyni obyektiv ölçülərinə sahib ikili kamera yerləşəcək. Təəssüflər olsun ki, dizayn fotosunda smartfonun hər hansısa texniki özəlliyi barəsində məlumat əks olunmayıb. Bəzi məlumatlara əsasən Nothing Phone (1) smartfonu Snapdragon 7 Gen 1 prosessoru vasətisilə çalışacaq. Qeyd etmək lazımdır ki, smartfon gövdəsində şəffaf dizayn özəllikləri reallaşdırılacaq. Smartfon yay fəslində təqdim olunmalıdır. Ola bilsin ki, təqdimat iyul ayının sonunda baş tutsun. Təsdiq olunmamış məlumatlara əsasən Nothing Phone (1)-in satış qiyməti 500$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər