main-post-cover

    Nothing şirkəti artıq Nothing Phone (2) üzərində çalışır

    Cihazlar+
    31.01.2023
    Emil Nəcəfov
        Nothing şirkətinin təsisçisi və CEO-su olan Carl Pei jurnalistlərə müsahibə verən zaman bildirib ki, şirkət artıq Nothing Phone (2) üzərində çalışır. Bununla yanaşı o, yeni smartfonun çıxış müddətini və onun birinci Nothing Phone-dan nə ilə fərqlənəcəyini açıqlayıb. Beləliklə Carl Pei qeyd edib ki, Nothing Phone (2) bu ilin sonuna yaxın təqdim olunacaq və ilk növbədə ABŞ bazarı üçün nəzərdə tutulacaq. Onun sözlərinə əsasən yeni smartfonda şirkət mütəxəssisləri öz əsas diqqətlərini proqram təminatına və istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına ayıracaqlar.
        Bunun vasitəsilə şirkət daha çox istifadəçini özünə cəlb etmək istəyir. Bununla yanaşı Nothing Phone (1)-dən fərqli olaraq Nothing Phone (2) daha premium smartfon olacaq. Çox güman ki, smartfon daha flaqman texniki özəllliklər ilə təchiz olunacaq. Təbii ki, bu da öz növbəsində onun satış qiymətinə təsir göstərəcək. Bununla belə Nothing Phone (2)-nin məhz flaqman smartfonlar siyahısına daxil olub-olmayacağı və iPhone 14 Pro ilə Galaxy S23 Ultra kimi smartfonları əvəz edə bilib-bilməyəcəyi sualına Carl Pei dəqiq bir cavab verməyib. Carl Pei əlavə edib ki, o, ümumiyyətlə flaqman sözündən yan keçməyi və onu premium sözü ilə əvəz etməyi daha çox sevir. 
    Linki kopyala