Nothing Phone (2)-nin keyfiyyətli render fotoları təqdim edilib

Nothing Phone (2)-nin keyfiyyətli render fotoları təqdim edilib

Mobil Cihazlar
05.06.2023 PAYLAŞIM

    OnLeaks ləqəbli məşhur insayder Nothing Phone (2)-nin keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan belə qənaətə gəlmək olar ki, Nothing Phone (2) xarici görünüşcə Nothing Phone (1)-dən heç də fərqlənməyəcək. Lakin bu belə deyil. İlk öncə onu qeyd etmək lazımdır ki, yeni smartfonun gövdəsinin kənar hissələri daha dairəvi olacaq. Bir qayda olaraq ekranın da kənar hissələri bir qədər dairəvi formada olacaq. Şirkət Nothing Phone (2)-də işıqlandırmanı dəyişəcək.


    Belə ki, yeni smartfon ikili içşıqlandırmanı əldə edəcək. Həmçinin Nothing Phone (2) modeli Nothing Phone (1)-in fərqləndirici özəlliyi olan Glyph adlı işqılandırma sisteminin təkmilləşdirilmiş versiyasına sahib olacaq. Texniki özəlliklərə gəldikdə isə Nothing Phone (2) 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym OLED ekran, Snapdragon 8+ Gen 1 prosessoru və 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon Android 13 vasitəsilə çalışacaq. Nothing Phone (2) gələn ay təqdim edilməlidir.



DAHA ÇOX


Redmi K70 barəsində yeni məlumatlar verilib

Digital Chat Station ləqəbli məşhur insayder Redmi brendinin flaqman smartfon seriyası olacaq Redmi ..


iPhone 16 hansı prosessor vasitəsilə çalışacaq?

iPhone 15 smartfonlarının yenicə satışa çıxdıqlarına baxmayaraq insayderlər artıq gələn ilki iPhone ..


Xiaomi 13T və 13T Pro təqdim olundu - QİYMƏTİ

Xiaomi qlobal bazarda Xiaomi 13T və 13T Pro smartfonlarını təqdim edib.


Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxıb..

Google Pixel 8 smartfonlarının təqdimatlarına 1 həftə qalmış onların texniki göstəriciləri internetd..


Samsung Galaxy S23 FE hansı qiymətə satılacaq?

Mysmartprice saytı təqdimata hazırlaşan Samsung Galaxy S23 FE smartfonunun satış qiyməti barəsində m..


Samsung Galaxy A35 barəsində ilk məlumatlar ortaya çıxıb

Samsung mart ayında Galaxy A34 smartfonunu təqdim etmişdi. İndi isə şirkət aktiv şəkildə onun davamç..

×