main-post-cover

    Nokia-nın növbəti büdcəli smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    08.06.2023
    Farid Pardashunas
        Nokia brendi növbəti büdcəli smartfon üzərində çalışır. Söhbət, Nokia G42 smartfonundan gedir. İndi isə sözügedən smartfonun Geekbench 6 bençmarkının testlərindən keçdiyi məlum olub. Beləliklə Nokia G42 smartfonu Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 738 xal, çox nüvəli testi çərçivəsində isə 1718 xal toplayıb. Smartfonun dəqiq şəkildə hansı prosessor vasitəsilə çalışdığı məlum deyil. Lakin onun Geekbench nəticələrinə əsasən güman etmək olar ki, Nokia G42 smartfonu Snapdragon 480/480 Plus, Snapdragon 4 Gen 1 və ya Snapdragon 690/695 prosessoru vasitəsilə çalışır. Bununla yanaşı Geekbench vasitəsilə məlum olub ki, smartfon 4 GB RAM-a sahibdir. 4 GB-lıq RAM isə ona işarə edir ki, Nokia G42 ya Snapdragon 480, ya da 480 Plus prosessoruna sahib olacaq. Nokia G42-nin nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər