main-post-cover

    MWC 2023: Xiaomi 13 Lite smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    26.02.2023
    Farid Pardashunas
        Xiaomi şirkəti Barselonada keçirilən MWC 2023 sərgisi çərçivəsində Xiaomi 13 smartfonlarının qlobal versiyaları ilə yanaşı həmçinin Xiaomi 13 seriyasının tamamilə yeni modeli olan Xiaomi 13 Lite smartfonunu da təqdim edib. Xiaomi 13 Lite modeli keçən ilin sentyabr ayında Çində təqdim edilmiş Xiaomi CIVI 2 smartfonunun qlobal versiyasıdır. O, böyük ölçülü ekranı, subflaqman prosessoru və ikili ön kamerası ilə fərqlənir. Beləliklə Xiaomi 13 Lite smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın üzərində ikili ön kameranın yerləşdirilməsi üçün nəzərdə tutulmuş oval formalı çıxıntı yerləşdirilib.
        Ekran həmçinin Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub və özündə barmaq izi skanı texnologiyasını birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Xiaomi 13 Lite Snapdragon 7 Gen 1 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma) + 8 MP (f/2.2 diafraqma, 115 dərəcə bucaq əhatəsi) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 32 MP + 32 MP (100 dərəcə bucaq əhatəsi, avtofokus) ikili ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Xiaomi 13 Lite MIUI 14 interfeysli Android 12 vasitəsilə çalışır. Xiaomi 13 modellərinin qlobal versiyaları kimi Xiaomi 13 Lite da 8 mart tarixində satışa çıxacaq. Onun Avropa bazarında qiyməti 499 avrodan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər