main-post-cover

    Motorola şirkəti Moto G200 adlı yeni flaqman smartfonunu təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    18.11.2021
    Farid Pardashunas
        Motorola şirkəti Moto G200 adlı yeni flaqman smartfonunu təqdim edib. Sözügedən smartfon yüksək təsvir yenilənməsinə sahib ekran, Snapdragon 888+ prosessoru və böyük həcmli batareya ilə təchiz ounub. Ən əsası isə odur ki, qiymət baxımından Moto G200 smartfonu orta büdcəli smartfonlara aid edilir. Beləliklə Moto G200 modeli 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.8 düym LCD ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
        Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı smartfonun sol hissəsində Google Assistant səsli köməkçisini aktivləşdirən xüsusi düymə də mövcuddur. Moto G200 modeli stereo səsgücləndiricilərə və ənənəvi 3.5 mm-lik audiogirişə sahib deyil. Lakin buna baxmayaraq onda Dolby Atmos texnologiyasının dəstəyi reallaşdırılıb. Smartfonun gövdəsi IP52 standartı üzrə sudan qorunur.
        Əsas texniki özəlliklərə gəldikdə isə Moto G200 modeli 5G dəstəkli Snapdragon 888+ prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dəstəyi yoxdur), 108 MP (f/1.9 diafraqma) + 13 MP (ultrageniş bucaqlı obyektiv) + 2 MP (ToF obyektiv) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon saniyədə 30 kadr sürətlə 4K videoların çəkilişini dəstəkləyir. Moto G200 modeli Android 11 vasitəsilə çalışır. Onun gələn il Android 12-ni əldə edəcəyi planlaşdırılır. Moto G200 yaxın həftələrdə 450 avro qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər