main-post-cover

    Motorola ekranı uzanan smartfon konseptini sərgiləyib (VİDEO)

    Cihazlar+
    18.10.2022
    Farid Pardashunas
        Lenovo tərəfindən təşkil edilmiş Tech World 2022 tədbiri çərçivəsində Motorola brendi öz yeni konseptual smartfonunu sərgiləyib. Sərgilənmiş yeni konseptual smartfonun konkret adı yoxdur və onun texniki özəllikləri sirr olaraq saxlanılır. Lakin buna baxmayaraq sözügedən cihaz istifadəçilərin diqqətlərini öz üzərinə çəkib. Bu smartfon barəsində ətraflı məlumat demək olar yoxdur. Onun əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, uzana bilən ekrana sahibdir. Adi rejimdə smartfonun ekranı 4 düym-dən bir qədər böyükdür. Lakin smartfonun gövdəsində yerləşən düyməyə klikləyən zaman onun ekranı şaquli istiqamətdə uzanır.
        Uzanmış rejimdə smartfonun ekranı 6.5 düym təşkil edir. Ekranın uzanma prosesi əsas ekranda olan diqqət çəkən temanın animasiyası ilə müşaiyət edilir. Maraqlısı ondadır ki, adi rejimdə istifadəçi interfeysnin bir hissəsi sanki arxa paneldə və ya gövdənin iç hissəsində gizlədilib. Bu o qədər də məntiqli deyil. Lakin onu da qeyd etmək lazımdır ki, bu sadəcə bir konseptdir. Smartfonun digər maraqlı özəllikləri sırasında heç bir çıxıntı hissəyə sahib olmayan ekran var. Bu halda smartfonun, ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameradan istifadə edib-etməməsi və ya onda ümumiyyətlə ön kameranın olub-olmaması məlum deyil.
        Konseptual smartfonun arxa paneli təəssüf ki, sərgilənməyib. Bu ilin may ayında məşhur insayder Evan Blass məlumat vermişdi ki, Motorola şirkəti ekranı uzana bilən smartfon üzərində çalışır və hazırlanan cihaz Felix kod adına sahibdir. Həmin vaxtda güman edilirdi ki, hazırlanan bu cür smartfonun kommersiya məqsədli versiyası ya 2023-cü ildə ya da növbəti illərdə hazır olacaq. Motorola isə yeni konseptual smartfonun sərgilənməsi zamanı onun final versiyasının nə zaman satışa çıxacağı və ya ümmumiyyətlə satışa çıxıb-çıxmayacağı barəsində heç hir məlumat verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər