main-post-cover

    Motorola brendi 200 MP-lik kameraya sahib Frontier kod adlı yeni flaqman smartfon üzərində çalışır

    Cihazlar+
    16.01.2022
    Farid Pardashunas
        Dekabr ayında Motorola brendi Moto Edge X30 adlı flaqman smartfon modelini təqdim etmişdi. Həmin smartfon Snapdragon 8 Gen 1 prosessorunu əldə etmiş ilk smartfon oldu. Lakin verilmiş məlumata əsasən Motorola brendi Frontier kod adına sahib yeni flaqman smartfon üzərində çalışır. İnternetdə hətta sözügedən smartfonun bəzi texniki özəllikləri barəsində məlumatlar da ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Motorola brendinin Frontier kod adına sahib yeni flaqman smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunacaq. 
        Bununla yanaşı məlumata əsasən smartfon SM8475 model nömrəli Snapdragon 8 prosessoru ilə təchiz olunacaq. Güman olunur ki, bu, 4 nanometrlik texnoloji proses əsasında hazırlanacaq Snapdragon 8 Gen 2-dir. Həmçinin yeni flaqman smartfon özündə 8/12 GB RAM-ı və 128/256 GB daxili yaddaşı birləşdirəcək. Flaqman smartfonun əsas fərqləndirici özəlliyi ondan ibarət ola bilər ki, o, 200 MP-lik Samsung S5KHP1 kamera obyektivini əldə etsin.
        Digər kameralara gəldikdə isə smartfon 200 MP-lik əsas kamera obyektivi ilə birlikdə 50 MP-lik ultragenişbucaqlı obyektiv və 12 MP-lik teleobyektiv əldə edə bilər. Ön kamera qismində smartfon 60 MP-lik kamera obyektivi ilə təchiz oluna bilər. Məlumatda həmçinin qeyd edilib ki, smartfon 125 vatt gücündə sürətli naqilli və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarını dəstəkləyəcək. Motorola brendinin Frontier kod adlı yeni flaqman smartfonunu nə zaman təqdim edəcəyi barəsində bir məlumat yoxdur.
    Linki kopyala