main-post-cover

    Mobil brendlərin məşhurluğu: Apple daha bir Çin şirkətindən geridə qalıb

    Cihazlar+
    30.10.2020
    Emil Nəcəfov
        Beynəlxalq konsaltinq şirkəti olan IDC bu ilin üçüncü rübü üzrə olmuş smartfon brendlərinin məşhurluqlarına yönəlik müstəqil tədqiqat aparıb. Aparılmış tədqiqat onu göstərib ki, bu ilin payız fəslinin başlaması ilə Xiaomi, Apple şirkətini geridə qoyaraq ilk üçlüyə daxil olub. Bu barədə Gizmochina saytı xəbər verib. Rüb hesabatlarına əsasən Xiaomi 46.5 milyon ədəd smartfon satıb. Bu isə bütün dünya üzrə olan satışların 13.1%-ni təşkil edir. Beləliklə şirkət 1 il ərzində bu göstəricini 42%-ə yüksəldib. Apple isə 41.6 milyon ədəd smartfon sataraq dördüncü yerdə qərarlaşıb.
        IDC-nin yeni reytinqinin lideri dəyişməz olaraq qalıb. Söhbət, Samsung şirkətindən gedir. Belə ki, şirkət son 3 ay ərzində 80.4 milyon ədəd smartfon sata və mobil bazarın 22.7%-ni özündə saxlaya bilib. 2019-cu ildə olmuş göstəricilər ilə müqayisədə satışların 22% aşağı düşməsinə baxmayaraq Huawei şirkəti ikinci pillədə qərarlaşıb. Belə ki, şirkət rüb üzrə 51.9 milyon ədəd smartfon sata bilib. Reytinqin ilk beşliyinin sonuncu yerini Vivo şirkəti tutub. O isə 31.5 milyon ədəd smartfon sata bilib.
    Linki kopyala