main-post-cover

    Microsoft şirkəti 2 ədəd daxili ekrana sahib Surface Duo smartfonlarından imtina edib

    Cihazlar+
    11.01.2023
    Farid Pardashunas
        İnsayderlərin verdikləri məlumata əsasən Microsoft şirkəti iki ədəd daxili ekrana sahib Surface Duo smartfonlarından imtina edib və şirkətin növbəti smartfonu digər brendlərin qatlana bilən smartfonları tərzində reallaşdırılacaq. Məlumatda qeyd edilib ki, uzun müddət ərzində olmuş təcrübələrdən sonra şirkət 180 dərəcə qatlanmanı təmin edən şarnir konstruksiyasına və əlavə xarici ekrana sahib ənənəvi qatlana bilən smartfon dizaynına keçid etmək qərarını verib. Beləliklə növbəti Surface Duo modeli xarici görünüşcə Galaxy Z Fold seriyasını xatırladacaq. Məlumata əsasən ənənəvi qatlana bilən smartfon dizaynına keçid etmək qərarı Surface Duo 3-ün final dizaynının seçilməsindən sonra qəbul edilib.
        Surface Duo seriyasına xas olan dizayna sahib Surface Duo 3-ün bu ilin sonunda satışa çıxarılması planlaşdırılırdı. Nəticədə şirkət bu cür ideyadan imtina etdi. İndi isə Surface komandası ənənəvi qatlana bilən smartfon konstruksiyasının hazırlanmasına öz diqqətini ayırıb. Surface Duo seriyası üçün yeni olacaq dizayna sahib növbəti smartfonun texniki özəllikləri barəsində hələ heç bir məlumat yoxdur. Smartfonun nə zaman satışa çıxacağı da bilinmir. Təbii ki, smartfon dizaynının dəyişilməsi onun adının da dəyişilməsinə səbəb ola bilər. Heç istisna deyil ki, şirkət smartfonun adındakı Duo hissəsindən imtina edərək rebrendinq etsin. Bununla belə insayderlər bildiriblər ki, hazırlanan yeni smartfon şirkət daxilində hələ ki, Surface Duo 3 kimi qəbul edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər