main-post-cover

    Məşhur jurnalist: 'iPhone 14 Pro modellərində çoxdan gözlənilən Always on Display funksiyası olacaq'

    Cihazlar+
    30.06.2022
    Farid Pardashunas
        Bloomberg saytının jurnalisti Mark Gurman bildirib ki, iPhone 14 Pro iPhone 14 Pro Max modellərində çoxdan gözlənilən funksiya reallaşdırılacaq. Söhbət, Always on Display funksiyasından gedir. Jurnalist həmçinin Apple şirkətinin sözügedən funksiyanı necə reallaşdıracağını da qeyd edib. Beləliklə jurnalist bildirib ki, qeyd edilmiş iPhone 14 modellərində Always on Display funksiyası iOS 16-da kastomizasiya edilə bilən bloklanmış ekran özəlliyinin bütün imkanlarını işə salacaq. Söhbət, əsasən vidjetlərdən gedir. Beləliklə istifadəçilər iPhone 14 Pro və iPhone 14 Pro Max modellərinin bloklanmış ekranlarında zamanı, hava proqnozunu, təqvim hadisələrini, səhmlər barəsində xəbərləri və digər məlumatları görə biləcəklər.
        Bütün bunlar son Apple Watch smart saatlarında mövcud olan oxşar funksiya tərzində çalışacaqlar. Bundan əlavə olaraq qeyd edilib ki, bloklanmış ekranda heç bir konfidensial məlumat əks olunmayacaq. Mark Gurman bildirib ki, Always on Display funksiyası yalnız iPhone 14 Pro və iPhone 14 Pro Max modellərində reallaşdırılacaq. Belə ki, məhz bu smartfonların ekranları təsvirin 1 Hz-dən 120 Hz-ə kimi dinamik yenilənməsini dəstəkləyəcəklər. Qeyd etmək lazımdır ki, iPhone 13 Pro modellərinin ekranlarında təsvirin minimal yenilənmə tezliyi 10 Hz təşkil edir. Buna görə də böyük ehtimalla iPhone 13 Pro modelləri Always on Display funksiyasını əldə etməyəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər