main-post-cover

    Məşhur insayder Xiaomi 14 Pro barəsində yeni məlumatlar verib

    Cihazlar+
    10.05.2023
    Emil Nəcəfov
        Xiaomi şirkəti aktiv şəkildə Xiaomi 14 flaqman smartfon seriyası üzərində çalışmağa davam edir. Gözləntilərə əsasən bu seriyaya Xiaomi 14 ilə yanaşı həmçinin Xiaomi 14 Pro da daxil olacaq. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi 14 Pro-nun prototipi barəsində məlumat verib. Onun sözlərinə əsasən şirkət daxilində Xiaomi 14-ün hər biri 50 MP-lik olacaq üçlü arxa kameraya sahib prototipi test olunur. İlk baxışdan elə görünə bilər ki, şirkət sadəcə olaraq Xiaomi 13 Pro-nun arxa kameralarını Xiaomi 14 Pro-ya inteqrasiya edib. Lakin bu belə deyil.
        Belə ki, insayder bildirib ki, Xiaomi 14 Pro-da teleobyektiv əvəzinə periskop kamera obyektivi quraşdırılacaq. Bu barədə məlumat daha öncə də ortaya çıxmışdı. Bununla yanaşı məlumatda qeyd edilib ki, Xiaomi 13 Pro-da olduğu kimi Xiaomi 14 Pro-da da ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq. Ekranın özü isə LTPO texnologiyası əsasında hazırlanacaq və Quad HD+ keyfiyyətində olacaq. Bütün bu göstəricilər öz növbəsində Samsung-un AMOLED E7 ekranına işarə edirlər. Qeyd etmək lazımdır ki, Xiaomi 14 smartfon seriyasının ilin sonunda təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala