main-post-cover

    Məşhur insayder Xiaomi 13 Ultra-nın kameraları barəsində məlumatlar verib

    Cihazlar+
    05.12.2022
    Farid Pardashunas
        8 dekabr tarixində Xiaomi şirkəti özünün yeni flaqman smartfon seriyasının təqdimatını keçirdəcək. Söhbət, Xiaomi 13 smartfon seriyasından gedir. Məlumdur ki, təqdimat zamanı şirkət adi Xiaomi 13 ilə birlikdə həmçinin Xiaomi 13 Pro-nu da təqdim edəcək. Lakin Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən şirkət həmçinin Xiaomi 13 Ultra modeli üzərində çalışır. İnsayder həmçinin Xiaomi 13 Ultranın kameraları barəsində bəzi məlumatları da təqdim edib. Qeyd etmək lazımdır ki, indiyənə kimi məlumat sızıntılarında Xiaomi 13 Ultra adlı smartfon barəsində heç bir məlumat mövcud olmayıb.
        Hətta bu smartfonun adı belə hallanmayıb. İnsayder qeyd edib ki, Xiaomi 13 Ultra modeli dördlü arxa kamera ilə təchiz olunacaq. Əsas kamera sensoru isə Sony IMX989 olacaq. Qeyd etmək lazımdır ki, Xiaomi 12S Ultra smartfonu da sözügedən kamera sensoruna sahibdir və o, 50.3 MP-likdir. Bundan əlavə olaraq bu kamera sensorunun piksellərinin ölçüləri 1.6 mikrometr təşkil edir. Məlumata əsasən smartfonun hər bir kamerası faza avtofokusuna sahib olacaq. Xiaomi 13 Ultra-nın daha bir fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o, Gimbal OIS adlı stabilizasiya sisteminə sahib olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər