Məşhur insayder Samsung şirkətinin yeni Galaxy Note üzərində çalışdığını bildirib

Məşhur insayder Samsung şirkətinin yeni Galaxy Note üzərində çalışdığını bildirib

Mobil Cihazlar
13.09.2021 PAYLAŞIM

    Ice Universe ləqəbli məşhur insayder Galaxy Note smartfon seriyasının ləğv olunması barəsində yayılmış məlumatları təkzib edib. Onun sözlərinə əsasən Samsung tərəfindən rəsmi bəyanatların olmamasına baxmayaraq şirkət artıq yeni nəsil Galaxy Note smartfonlarının hazırlanmasına start verib. İnsayder öz mənbələrinə istinadən bildirib ki, yeni Galaxy Note smartfonlarının mövcudluqları artıq təsdiqlənib. Qeyd etmək lazımdır ki, Samsung şirkəti Galaxy Note seriyasından imtina etməsi barəsində rəsmi bəyanat verməyib.


    Lakin bu il şirkət yeni Galaxy Note modellərinin əvəzinə qatlana bilən Galaxy Z Flip 3Galaxy Z Fold 3 smartfonlarını təqdim etdi. Samsung hələ bir neçə müddət bundan öncə bildirmişdi ki, bu il yeni Galaxy Note modellərinin təqdim olunmamalarının əsas səbəbləri hal hazırda bazarda müşahidə olunan komponent çatışmazlığı və Galaxy Z seriyasında S Pen stilusunun dəstəyinin olmasıdır. Lakin qeyd etmək lazımdır ki, Samsung-un yeni qatlana bilən smartfonlarının komplektlərinə S Pen stilusu daxil deyil. Hal hazırda şirkət Galaxy S22 smartfon seriyası üzərində çalışır və onun təqdimatı gələn ilin əvvəlində baş tutmalıdır. Beləliklə Galaxy Note 22 seriyasının təqdimatı Galaxy S22-dən bir neçə ay sonra baş tuta bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 13 ön sifariş rekordu qırmağa başlayıb

14 sentyabr tarixində Apple şirkəti yeni iPhone 13 smartfon seriyasının təqdimatını keçirtdi...


Xiaomi 11T, 11T Pro və 11 Lite 5G NE smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş qlobal təqdimat çərçivəsində şirkət yeni smartfonlarını təqdim edib. Sö..


Son Dəqiqə: Apple iPhone 13 təqdim olundu - QİYMƏTİ

Apple şirkəti təqdimat tədbiri çərçivəsində yeni iPhone 13 smartfonlarını təqdim edib.


Təqdimatdan bir neçə saat öncə iPhone 13-ün real fotosu ortaya çıxıb

Bugün axşam Apple şirkəti növbəti təqdimat tədbirini keçirdəcək. Baş tutacaq tədbirdə şirkət iPhone ..


Məşhur analitik iPhone 13 modellərinin sahib olacaqları daxili yaddaş həcmi barə..

Məşhur analitik Ming-Chi Kuo bildirib ki, bu il Apple şirkəti iPhone 13 modellərini daha yüksək star..


Samsung şirkəti Galaxy Note ticarət nişanına aid hüquqlarının müddətini uzatmayı..

Artıq açıq-aydın məlumdur ki, Samsung şirkəti bu il Galaxy Note 21 smartfon seriyasını təqdim etməyə..

×