main-post-cover

    Məşhur insayder: Samsung şirkəti Galaxy Note seriyasından imtina edib

    Cihazlar+
    21.01.2021
    Farid Pardashunas
        Son bir neçə ay ərzində Samsung şirkətinin Galaxy Note seriyasında imtina etməsi barədə ziddiyyətli məlumatlar ortada gəzir. İndi isə Ice Universe ləqəbli məşhur insayder öz Twitter hesabında Galaxy Note seriyası ilə bağlı qısa və konkret məlumat paylaşıb. Bu barədə 4pda saytı xəbər verib. İnsayder bildirib ki, bu il yeni Galaxy Note smartfonlarını gözləmək lazım deyil.
        S Pen stilus dəstəyini əldə etmiş Galaxy S21 Ultra smartfon modelinin təqdim olunması bu məlumatı təsdiqləyir. Məlumata əsasən Galaxy Note seriyasından imtina etməklə Samsung öz əsas diqqətini qatlana bilən smartfonlarının təkmilləşdirilməsinə ayıracaq. Beləliklə bu il 2 yox 3 qatlana bilən smartfon modelinin təqdim olunacağı gözlənilir: Galaxy Z Flip 3, Galaxy Z Fold 3 və büdcəli Galaxy Z Fold FE. Məlumata əsasən şirkət həmçinin Galaxy S21 FE modelinin də təqdim olunmasını planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər