main-post-cover

    Məşhur insayder iPhone 12-nin təqdimat tarixi barəsində məlumat verib: Gecikmə olacaq

    Cihazlar+
    30.07.2020
    Emil Nəcəfov
        Bugünə kimi Artıq bir neçə məlumat ortaya çıxıb ki, bu ilki iPhone modelləri bir qədər gecikəcəklər. Görünür, bu məlumat həqiqətə uyğundur. Bu barədə Gagadget saytı xəbər verib. Apple məhsulları barəsində çox zaman dəqiq məlumatlar verən məşhur insayder Jon Prosser qeyd edib ki, iPhone 12 modelləri 12 oktyabr tarixində təqdim olunacaqlar. Bu isə sentyabr ayındakı ənənəvi təqdimatdan 1 ay gecdir. Bundan əlavə olaraq oktyabr ayında yeni iPad modellərinin də təqdim olunacaqları gözlənilir.
        Lakin məlum deyil ki, yeni iPhone və iPad modelləri bir təqdimat tədbiri çərçivəsində təqidm olunacaq yoxsa ayrı-ayrı. Qeyd etmək lazımdır ki, bu il 4 ədəd iPhone 12 modelinin təqidm olunacağ gözlənilir: iPhone 12, iPhone 12 Pro, iPhone 12 MaxiPhone 12 Pro Max. Bu ilki iPhone modellərinin əsas özəlliklərindən biri də o olacaq ki, onlar 5G modem ilə təchiz olunacaqlar. Bundan əlavə olaraq təqdim olunacaq iPhone 12 modellərindən ikisinin LiDAR skanerini də əldə edəcəyi gözlənilir. 
    Linki kopyala