Məşhur insayder iPhone 12-nin təqdimat tarixi barəsində məlumat verib

Məşhur insayder iPhone 12-nin təqdimat tarixi barəsində məlumat verib

Mobil Cihazlar
13.08.2020 PAYLAŞIM

    Məşhur insayder Jon Prosser, Apple şirkətinin yeni məhsullarının təqdimat tarixləri barəsində məlumat verib. İnsayder öz məlumatında yeni iPad, Apple Watch Series 6 iPhone 12-nin təqdimat tarixlərini qeyd edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən yeni iPad ilə Apple Watch Series 6 7-13 sentyabr tarixləri arasındakı hansısa gündə təqdim olunacaq. Bu cihazlar üçün ayrıca online və ya offline təqdimat tədbiri keçirilməyəcək.

    Belə ki, onlar barəsində rəsmi məlumat press-reliz formatında təqdim olunacaq. iPhone 12 seriyasına gəldikdə isə insayder qeyd edib ki, yeni smartfonlar 12-18 oktyabr tarixləri arasındakı hansısa gündə təqdim olunacaqlar. Yəni bu ilki iPhone modelləri ənənəvi olaraq sentyabrda deyil, oktyabrda təqdim olunacaqlar. Bundan əlavə olaraq insayder qeyd edib ki, təqdimatdan sonra şirkət 2 adi iPhone 12 modelini satışa çıxardacaq. Pro modellər isə payızın sonunda satışa çıxacaqlar. Pro modellərin dəqiq satış tarixləri barəsində insayder bir məlumat verməyib. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


OnePlus Nord CE 3 smartfonunun render fotoları təqdim edilib

OnLeaks ləqəbli məşhur insayder OnePlus Nord seriyasına daxil olacaq yeni büdcəli smartfonun keyfiyy..


Hələ təqdim edilməmiş Samsung Galaxy M54 5G smartfonu Geekbench testlərindən keç..

Samsung-un hələ təqdim edilməmiş Galaxy M54 5G smartfonu Geekbench bençmark saytının testlərindən ke..


Xiaomi 13-ün yeni real fotosu ortaya çıxıb

1 dekabr tarixində əsas diqqətlər Xiaomi şirkətinə tərəf yönələcək.


Samsung Galaxy S23-ün təqdimat tarixi barəsində məlumat verilib

Samsung şirkətinin təmsilçisi şirkətin növbəti flaqman smartfon seriyası olacaq Galaxy S23-ün təqdim..


Samsung Galaxy A14 5G-nin yeni render fotosu təqdim edilib

Evan Blass adlı məşhur insayder Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy A14 5G adlı yeni büd..


iPhone 15 Sony-nin eksklüziv kamera sensorunu əldə edə bilər

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti Sony tərəfindən bir neçə müddət bundan öncə t..

×