main-post-cover

    Məşhur analitik iPhone 14 modellərindən biri barəsində məlumat verib

    Cihazlar+
    06.07.2021
    Emil Nəcəfov
        Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple şirkəti böyük ekrana sahib iPhone modeli yaratmağı planlaşdırır. Yaradılması planlaşdırılan böyük ekranlı iPhone modeli iPhone Pro Max-ın alternativ variantı kimi çıxış edəcək və daha ucuz qiymət ilə daha məhdud funksionallığa sahib olacaq. Güman olunur ki, həmin smartfon bazara iPhone 14 Max adı ilə satışa çıxacaq. Onun adında Pro sözü olmayacaq. Sözügedən modelin ekran ölçüsü 6.7 düym olmalıdır. Texniki özəlliklər baxımından isə smartfon standart iPhone 14-ün texniki özəlliklərini təkrarlayacaq.
        Analitikin sözlərinə əsasən bunun sayəsində şirkət smartfon satışlarını yüksəldəcək. Counterpoint Research şirkətinin araşdırmalarına əsasən iPhone 12 Pro Max smartfon modelinin yaxşı satışları böyük ekranlı smartfonlara tələbatın yüksək olduğunu sübut ediblər. Gözləntilərə əsasən 2022-ci ildə təqdim olunacaq iPhone 14 seriyasında Apple əsas kameraların yaxşılaşdırılmasına diqqət ayıracaq və alıcılara 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranları təklif edəcək. Digər analitiklərin fikirlərinə əsasən iPhone 14 Max modeli iPhone mini-ni əvəzləyəcək. Onların fikirlərinə əsasən iPhone 12 mini modelinin aşağı satış göstəriciləri nəticəsində şirkət artıq gələn il bu modeldən imtina edəcək.
    Linki kopyala