main-post-cover

    Məşhur analitik iPhone 13 ilə bağlı proqnozlar verib

    Cihazlar+
    07.11.2020
    Farid Pardashunas
        Apple şirkəti hələ keçən ay iPhone 12 smartfon seriyasını təqdim etmişdi. Lakin artıq internetdə iPhone 13 seriyası barəsində məlumatlar gəzməyə başlayıb. Məşhur analitik Ming-Chi Kuo gələn il təqdim olunacaq iPhone 13 barəsində proqnozlar verib. Bu barədə Macrumors saytı xəbər verib. Analitikin sözlərinə əsasən iPhone 13 seriyasına da 4 ədəd smartfon daxil olacaq. Bu il təqdim olunmuş iPhone 12 modellərinin adlarını nəzərə alsaq, çox güman ki, gələn ilki iPhone 13 modellərinin adları bu ilkilər ilə eyni olacaq.
        Yəni gələn ilki smartfonlar iPhone 13, iPhone 13 mini, iPhone 13 Pro iPhone 13 Pro Max adlandırılmalıdırlar. Dizayn baxımından smartfonlarda heç bir dəyişiklik olmayacaq və onlar bu ilki iPhone 12 modellərinə bənzəyəcəklər. Lakin şirkət smartfonların kameralarını təkmilləşdirəcək. Belə ki, Ming-Chi Kuo-nun proqnozlarına əsasən iPhone 13 seriyasına daxil olacaq smartfonların Pro modelləri f/1.8 diafraqmalı ultragenişbucaqlı kamera və avtomatik fokuslanma sistemi ilə təchiz olunacaqlar.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 12 seriyasının aktual modelləri f/2.4 diafraqmalı ultragenişbucaqlı kamera və fiks olunmuş fokuslanma sistemi ilə təchiz olunublar. Çox güman ki, iPhone 13 modelləri üçün bu cür kamera sensorlarını Largan Precision şirkəti istehsal edəcək. Bundan əlavə olaraq gələn ilki iPhone 13 modellərində 120 Hz tezlikli təsvir yenilənməsinə sahib ekranların və tamamilə yeni növ 5G modemin reallaşdırılması gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər