main-post-cover

    Məşhur analitik gələn ilki iPhone-ların vacib özəlliklərindən məlumat verib

    Cihazlar+
    15.07.2022
    Farid Pardashunas
        Çoxları bu il təqdim ediləcək iPhone 14 modellərini gözlədikləri bir vaxtda məşhur analitik Ming Chi-Kuo 2023-cü ildə təqdim ediləcək iPhone-lar barəsində yeni məlumatlar verib. Onun sözlərinə əsasən məhz gələn ilki iPhone-ların kameralarında diqqətə layiq yeniliklər olacaq. Lakin həmin yenilikləri heç də bütün iPhone modelləri əldə etməyəcəklər. Analitikin sözlərinə əsasən Apple şirkəti gələn il iPhone Pro Max modelini yenidən digər modellərdən daha üst səviyyədə saxlamağa hədəflənəcək. Qeyd etmək lazımdır ki, iPhone 12 seriyasında məhz belə olmuşdu. iPhone 12 Pro Max modeli eksklüziv olaraq ən böyük kamera sensorunu və matrisanın sürüşdürülməsi ilə reallaşdırılan stabilizasiya sistemini əldə etmişdi.
        Analitik əmindir ki, gələn ilki iPhone 15 Pro Max modeli iPhone 15 seriyasında periskop obyektivi əldə edəcək yeganə model olacaq. Daha əvvəlki məlumat sızıntılarında qeyd olunmuşdu ki, periskop obyektivi həmçinin iPhone 15 Pro modeli də əldə edəcək. Periskop obyektivin əsas məğzi onun güzgülər sistemindən istifadəsilə gövdə yastılığına parallel yerləşməsidir. Bu, işığın matrisaya düşməsi üçün edilir. Bu öz növbəsində linzalar arasındakı böyük məsafənin və daha yüksək optik zoom-un əldə olunmasına şərait yaradır. Bu məsələdə isə lider olaraq Samsung Galaxy S22 Ultra smartfonudur.
        Belə ki, o, 10 qat optik zoom özəlliyinə sahibdir. Aktual olan iPhone 13 Pro ilə iPhone 13 Pro Max-dakı teleobyektivlər yalnız 3 qat zoom-u təmin edirlər. Ming Chi-Kuo-nun sözlərinə əsasən iPhone 15 Pro Max-da f/2.8 diafraqmalı1/3  düym ölçülü 12 MP-lik kamera sensorundan istifadə ediləcək və həmin kamera sensoru matrisanın sürüşdürülməsi ilə reallaşdırılan stabilizasiya sistemini və 6 qat optik zoom özəlliyini əldə edəcək. Daha kompakt ölçülü cihazları gözləyən istifadəçilərə isə analitik 2024-cü ilə kimi gözləməyi məsləhət görüb. Belə ki, bu texnologiya iPhone 16 Pro-ya inteqrasiya edilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər