main-post-cover

    Məşhur analitik: 'Gələn ilki bütün iPhone 15 modelləri Dynamic Island çıxıntılı ekran əldə edəcəklər'

    Cihazlar+
    19.09.2022
    Farid Pardashunas
        Ross Young adlı məşhur analitik növbəti nəsil iPhone modellərinin ekranları barəsində maraqlı məlumatı bölüşüb. Onun sözlərinə əsasən 2023-cü ildə Apple şirkəti iPhone modelləri arasındakı fərqliliyi ekrandakı çıxıntı hissə ilə reallaşdırmayacaq. Lakin buna baxmayaraq adi iPhone modellərində yenə də bəzi məhdud özəlliklər olacaq. Qeyd etmək lazımdır ki, bu ayın əvvəlində təqdim edilmiş iPhone 14 seriyasına daxil olan iPhone 14 Pro iPhone 14 Pro Max modellərinin ekranlarında ənənəvi çıxıntı hissə əvəzinə Dynamic Island adlı çıxıntı hissə reallaşdırılıb. Adi iPhone 14 və iPhone 14 Plus modellərinin ekranları isə ənənəvi çıxıntı hissəyə sahibdirlər.
        Beləliklə analitikin təqdim etmiş olduğu məlumata əsasən gələn ilki iPhone 15 modellərinin hamısı Dynamic Island çıxıntılı ekran əldə edəcəklər. Lakin bununla belə iPhone 15 və iPhone 15 Plus modellərinin ekranları 120 Hz-lik təsvir yenilənməsini əldə etməyəcəklər. Bunun əvəzinə onlar 60 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcəklər. Burdan da belə qənaətə gəlmək olar ki, iPhone 15 ilə iPhone 15 Plus Always on Display funksiyasının dəstəyinə sahib olmayacaq. Bununla yanaşı adi iPhone 15 modellərinin ekranları LTPO texnologiyası vasitəsilə hazırlanmayacaq. LTPO texnologiyası vasitəsilə hazırlanan və 120 Hz-lik təsvir yenilənməsi ilə Always on Display funksiyasını yalnız iPhone 15 Pro modelləri əldə edəcəklər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər