main-post-cover

    Məşhur analitik: Apple iPhone-lar üçün maye soyutma texnologiyası üzərində çalışır

    Cihazlar+
    15.01.2021
    Emil Nəcəfov
        Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin yeni texnologiyası barəsində məlumat verib. Onun sözlərinə əsasən hal hazırda Apple öz smartfonları üçün yeni soyutma sistemi üzərində çalışır. Məlumata əsasən onun əsas üstünlüyü buxarlanma kamerasının istifadəsi ilə yüksək effektivlik olacaq. Bu barədə 4pda saytı xəbər verib. Analitik bildirib ki, şirkət artıq yeni növ kulerin testini aparır.
        Hazırlanan yeni texnologiyanın əsas məğzi ondan ibarətdir ki, mayenin (məsələn su) istifadəsi ilə xüsusi istilik kolbasının daxilində onun buxara çevrilməsidir. Mayenin buxara çevrilməsində isə elektron komponentlərdən ayrılan istilik yardımçı olacaq. Daha sonra buxarın daha aşağı təzyiqli hissəyə keçid edərək buxar kamerasına yayılmasından sonra çip ilə kontaktda olan lövhənin soyutma prosesi reallaşacaq.
        Nəticədə bu cür sirkulyasiya prosesi kapilyar effekt sayəsində istiliyi mobil platformanın kristalından ayıracaq. Bunun üçün heç bir əlavə enerji sərfiyyatı olmayacaq. Gözləntilərə əsasən bu yeni soyutma texnologiyası iPhone modellərində reallaşdırılacaq. Lakin Ming-Chi Kuo-nun fikrincə yeni soyutma sistemini bu ilki iPhone-larda gözləmək lazım deyil. Güman etmək olar ki, Apple bu texnologiyanı iPhone 14 modellərində reallaşdıracaq.
    Linki kopyala