main-post-cover

    LG şirkəti özünün son smartfon modelini təqdim edə bilər

    Cihazlar+
    05.04.2021
    Emil Nəcəfov
        Dünən LG Electronics şirkəti öz mobil biznesinin bağlandığını rəsmi şəkildə elan etdi. Lakin mobil biznesinin bağlanmasına baxmayaraq internetdə ortaya çıxmış məlumata əsasən şirkət son smartfon modelini təqdim etməyi planlaşdırır. İnsayderlər LG V70 adlı son smartfon modelinin render fotosunu və güman olunan texniki özəlliklərini təqdim ediblər. Beləliklə insayderlərin verdikləri məlumata əsasən LG V70 modelinin əsas fərqləndirici özəlliyi təkmilləşdirilmiş əsas kamera olacaq. Smartfon özündə 4 arxa kameranı birləşdirməlidir.
        Məlumatda qeyd edilib ki, smartfon optik zoom özəlliyinə sahib periskop kamera və kadrdakı obyektə qədər olan məsafəni təyin etməyi bacaran xüsusi kamera ilə təchiz olunacaq. insayderlər bildiriblər ki, LG şirkəti sözügedən smartfon üçün lazımi proqram təminatının hazırlanmasına artıq start verib. Məlumata əsasən LG V70 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.5 düym ekran, Snapdragon 888 prosessoru və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5300 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Şirkətin mobil biznesinin bağlanmasına və smartfonların istehsalat prosesinin 31 iyul tarixində dayandırılacağına baxmayaraq yeni smartfonun təqdimatı may və ya iyun ayında baş tutacaq.
    Linki kopyala