main-post-cover

    LG şirkəti dəstəyini dayandırmayacağı smartfonların adlarını açıqlayıb

    Cihazlar+
    08.04.2021
    Emil Nəcəfov
        LG şirkəti mobil biznesinin bağlanmasına baxmayaraq öz smartfonlarını 3 il müddətində dəstəkləyəcəyinə söz verib. Şirkət təmsilçiləri Android-in yeni versiyalarını dəqiq şəkildə əldə edəcək smartfonların adlarını açıqlayıblar. Beləliklə verilmiş məlumata əsasən LG G, V seriyalarına daxil olan smartfonların və LG Velvet ilə LG Wing modellərinin istifadəçiləri Android-in 3 versiyasını əldə edəcəklər. Qeyd etmək lazımdır ki, LG G və V seriyalarına gəldikdə söhbət, 2019-cu ildə və ondan sonra təqdim edilmiş smartfonlardan gedir.
        Məsələn LG Velvet smartfonu Android 10 vasitəsilə çalışır. Beləliklə onun üçün son əməliyyat sistemi Android 13 olacaq. Android-in 3 versiyasını həmçinin LG G5 ThinQ, G8x ThinQ, G8s ThinQ, V50 ThinQ və V60 ThinQ modelləri də əldə edəcəklər. Flaqman smartfonlardan əlavə olaraq Android-in 2 versiyasını LG Stylo LG K seriyasına daxil olan smartfonlar da əldə edəcəklər. Söhbət, bu seriyalarda 2020-ci ildə satışa çıxmış smartfonlardan gedir. Qeyd etmək lazımdır ki, LG şirkəti smartfonların istehsalı prosesini 31 iyul tarixində dayandıracaq.
    Linki kopyala