main-post-cover

    LG-nin uzana bilən ekrana sahib smartfonu sərgilənib (VİDEO)

    Cihazlar+
    21.09.2022
    Farid Pardashunas
        Öz mobil şöbəsinin bağlanmasından bir neçə ay öncə LG şirkəti CES 2021 sərgisi çərçivəsində uzanan ekrana sahib smartfonunu sərgiləyibmiş. Sözügedən smartfon LG Rollable adını əldə edib. Görünür, smartfon satışlara tam hazır vəziyyətdə olub. Ortaya çıxmış video da bunu təsdiqləyib. Sözügedən videonun müəllifi nəticədə satışa çıxmamış smartfonun icmalını hazırlayıb. Beləliklə videodan da görmək olar ki, LG Rollable alıcılara qeyri-adı açılış mexanizminə sahib böyük ölçülü qutuda təqdim olunmalı idi. Həmin qutunun açılış mexanizmi smartfon ekranının çalışma mexanizmini təkrarlayır. Qutunun daxilində isə şarj cihazı ilə USB Type-C naqili mövcuddur.
        Maraqlısı ondadır ki, smartfon qutu daxilində ekranı tam açıq şəkildə yox adi smartfon şəklində yerləşdirilib. Adətən qatlana bilən smartfonlar öz qutularında tam açıq şəkildə yerləşirlər. Təqdim edilmiş videodan görmək olar ki, smartfon ekranının sağ tərəfə uzanması üçün istifadəçi sadəcə olaraq əli ilə sağ istiqamətə sürüşdürmə hərəkətini reallaşdırmalıdır. Ekranın əvvəlki halına qayıtması üçün isə əl ilə həmin sürüşdürmə hərəkətini əks istiqamətə etmək lazımdır. Bununla belə əməliyyat sisteminin interfeysi forması dəyişən ekrana avtomatik şəkildə adaptasiya ola bilir. Maraqlısı ondadır ki, smartfonun SIM kart girişi yalnız ekranın uzanmış formada olduğu zaman görünür. Səsin tənzimlənməsi düymələri isə sensorludur.
        Adi rejimdə smartfon ekranının bir hissəsi arxa paneldə yerləşir. Bu halda belə həmin hissə tam aktiv şəkildə qalır və onda müxtəlif əməliyyatları yerinə yetirmək olar. Smartfon 6.8 düym POLED ekran ilə təchiz olunub və o, uzanmış vəziyyətdə 7.4 düym-lük ekrana çevrilir. Texniki göstəricilər baxımından LG Rollable modeli Snapdragon 888 prosessoru, 12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 64 MP-lik əsas arxa kamera və 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunmalı idi. LG şirkətinin mobil şöbəsinin bağlandığı üçün LG Rollable smartfonu heç zaman işıq üzü görməyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər