main-post-cover

    LG-nin T hərfi formasında olacaq Wing adlı smartfonunun videosu ortaya çıxıb (VİDEO)

    Cihazlar+
    08.09.2020
    Farid Pardashunas
        LG şirkətinin Wing adlı qeyri adi smartfonu barəsində ilk məlumatlar bu ilin may ayında ortaya çıxmışdı. Bir neçə müddət bundan öncə isə şirkət smartfonun rəsmi təqdimat tarixini elan etmişdi. Təqdimata az müddət qalmış isə LG Wing-in videosu ortaya çıxıb. Bu barədə 4pda saytı xəbər verib. Ortaya çıxmış videoda sözügedən smartfonla qarşılıqlı əlaqə əks olunub. Qeyd etmək lazımdır ki, LG Wing smartfonu T hərfi formasında dizayna və iki ekrana sahibdir. Sızdırılmış videoda smartfonun sürətli ayarlar panelinin idarəsi əks olunub.
        Videodan da görmək olar ki, sürətli ayarlar panelini əsas ekrandan köməkçi ekrana bir jest ilə keçirtmək mümkündür. Daha sonra videonun müəllifi bir əl ilə əsas ekranı saat əqrəbi istiqamətinin əksinə çevirir və smartfon bu halda standart monoblok formatını əldə edir. Bu halda digər smartfonlardan fərq sadəcə olaraq LG Wing-in gövdəsinin qalınlığındadır. Bununla yanaşı videoda görmək olar ki, smartfon ekranının kənarları əyilmiş formatda reallaşdırılıb. Məlumata əsasən smartfonun əsas ekranı 6.8 düym, köməkçi ekranı isə 4 düym olacaq. LG Wing-in təqdimatı 14 sentyabr tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər