main-post-cover

    Lenovo Legion gamer smartfonunun təqdimat tarixi məlum oldu

    Cihazlar+
    09.07.2020
    Emil Nəcəfov
        Lenovo şirkəti Legion adlı gamer smartfon modeli ilə bağlı yeni tizer posterini təqdim edib. Həmin posterdə smartfonun təqdimat tarixi əks olunub və onun hansı prosessor ilə təchiz olunacağı təsdiqlənib. Beləliklə Lenovo-nun Legion adlı ilk gamer smartfon modeli 22 iyul tarixində təqdim ounacaq. Sözügedən smartfon Snapdragon 865 Plus prosessoru və Adreno 650 qrafik çipi ilə təchiz olunacaq.
        Qualcomm-un sözlərinə əsasən Adreno 650 çipi qrafik performansın 10% yüksəlməsinə imkan verir. Bununla yanaşı Lenovo Legion 144 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli ekran ilə də təchiz olunacaq. Barmaq izi skanının birbaşa ekrana inteqrasiya olunacağı gözlənilir. Lenovo Legion-un hansı qiymətə satılacağı barəsində bir məumat yoxdur.
    Linki kopyala