Keçən ilki Xiaomi Civi-nin yenilənmiş versiyası Civi 1S təqdim edilib - QİYMƏTİ

Keçən ilki Xiaomi Civi-nin yenilənmiş versiyası Civi 1S təqdim edilib - QİYMƏTİ

Mobil Cihazlar
22.04.2022 PAYLAŞIM

    Keçən il Xiaomi şirkəti Civi adlı smartfonu təqdim etmişdi və həmin smartfon şirkətin ən gözəl smartfonlarından biri hesab edilmişdi. İndi Xiaomi Civi-nin yenilənmiş versiyası təqdim edilib. Söhbət, Xiaomi Civi 1S-dən gedir. Xiaomi Civi 1S öz orijinal dizaynını qoruyub saxlamaqla yanaşı həmçinin yeni texniki özəlliklər də əldə edib. Civi 1S-i keçən ilki Civi-dən fərqləndirən əsas özəllik ondan ibarətdir ki, yeni smartfon Snapdragon 778G Plus prosessoru ilə təchiz olunub. Keçən ilki Civi modeli isə adi Snapdragon 778G prosessoru ilə təchiz olunurdu. Snapdragon 778G Plus modeli isə həm mərkəzi həm də qrafik prosessorun yüksək performansı ilə fərqlənir.


    Xiaomi Civi 1S modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.55 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Onu da qeyd etmək lazımdır ki, keçən ilki Civi modeli kimi yeni Civi 1S-in də ekranının kənar hissələri bir qədər əyilmiş dizaynda reallaşdırılıb. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib və ekranın özü həmçinin Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib. Smartfon ekranında Dolby Vision HDR10+ texnologiyalarının dəstəyi reallaşdırılıb.

    Əsas texniki göstəricilər baxımından Xiaomi Civi 1S modeli Snapdragon 778G Plus prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP (120 dərəcə bucaq əhatəsi) + 2 MP (makroobyektiv) üçlü arxa kamera, 32 MP-lik ön kamera (avtofokus dəstəkli) və 55 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bütün bunlardan əlavə olaraq smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir. Xiaomi Civi 1S MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfon artıq Çin bazarında satışa çıxıb. Onun Çindəki satış qiymətləri isə aşağıdakı kimidir:

- 8 GB RAM + 128 GB yaddaş - 356$

- 8 GB RAM + 256 GB yaddaş - 403$

- 12 GB RAM + 256 GB yaddaş - 450$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik: 'Periskop kamera obyektivi eksklüziv olaraq daha bahalı iPhone-..

Məşhur analitik Ming-Chi Kuo bu il təqdim ediləcək iPhone 15 smartfon seriyası barəsində yeni məluma..


Nothing şirkəti artıq Nothing Phone (2) üzərində çalışır

Nothing şirkətinin təsisçisi və CEO-su olan Carl Pei jurnalistlərə müsahibə verən zaman bildirib ki,..


Coca-Cola-nın ilk smartfonu ColaPhone-nun fotosu təqdim edilib

Verilmiş məlumata əsasən Coca-Cola şirkəti öz smartfonunu təqdim etməyə hazırlaşır.


Galaxy S23 Ultra yeni unikal gecə çəkilişi rejiminə sahib olacaq (VİDEO)

1 fevral tarixində Samsung şirkəti Galaxy Unpacked 2023 tədbirini keçirdəcək və həmin tədbir çərçivə..


Huawei P60 Pro-nun texniki özəllikləri və arxa kamera dizaynı təqdim edilib..

Çinin Weibo sosial şəbəkəsində Huawei P60 Pro flaqman smartfon modelinin texniki özəllikləri barəsin..


Android smartfonlarla müqayisədə iPhone-ların yığılmasında 12 dəfə daha çox zavo..

Foxconn zavodlarında iPhone-lardan əlavə olaraq Android smartfonlar da istehsal edilir.

×