main-post-cover

    iPhone smartfonları periskop kameranı nə zaman əldə edəcəklər?

    Cihazlar+
    22.07.2020
    Emil Nəcəfov
        Android smartfon istehsalçıları öz cihazlarına böyük diapazonlu optik və rəqəmsal zoom özəllikli kamera obyektivlərini əlavə etdikləri bir vaxtda Apple şirkəti öz smartfonlarının əsas kameralarının çalışma mexanizmlərinə yenilik əlavə etməyə tələsmir. iPhone modellərinin təkmilləşdirilmiş periskop kameralar ilə təchiz olunmaları məsələsinə məşhur analitik Ming-Chi Kuo aydınlıq gətirib. O, periskop kameraya sahib iPhone modellərinin nə zaman təqdim olunacaqları barəsində məlumat verib.
        Bu barədə 9to5mac saytı xəbər verib. Beləliklə analitikin yeni hesabatına əsasən iPhone modelləri periskop obyektivləri 2022-ci ildən tez əldə etməyəcəklər. Onun sözlərinə əsasən bu ilin sonuna kimi yeni nəsil iPhone-lar üçün kamera linzalarının istehsalçıları siyahısına Semco (Cənubi Koreya) və Sunny Optical (Çin) şirkətləri daxil olacaqlar. Ming-Chi Kuo qeyd edib ki, məhz Semco şirkəti iPhone 12 modellərində yeni fokuslanma mexanizmini reallaşdıracaq. 
    Linki kopyala