iPhone istifadəçilərinin yarısı öz smartfonlarının 5G-ni dəstəkləyib-dəstəkləmədiklərindən xəbərsizdir
Cihazlar+
11.10.2020
Emil Nəcəfov
Global Wireless Solutions (GWS) şirkətinin tədqiqatına əsasən iPhone istifadəçilərinin yarısı düşünür ki, onların smartfonlarında əslində olmayan funksiyalar dəstəklənir. Bu barədə Phonearena saytı xəbər verib. GWS mütəxəssisləri amerikalı smartfon istifadəçiləri arasında sorğu aparıb. Məlum olub ki, iPhone istifadəçilərinin 49%-i əmin deyil ki, onların smartfonları 5G-ni dəstəkləyir yoxsa yox.
Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan heç bir iPhone modeli 5G-ni dəstəkləmir. Sadəcə olaraq 13 oktyabr tarixində təqdim olunacaq yeni iPhone 12 modellərində 5G dəstəyinin olacağı gözlənilir. Sorğu çərçivəsində məlum olub ki, təkcə iPhone istifadəçiləri öz cihazları barəsində tam məlumata sahib deyillər. Belə ki, sorğuda iştirak etmiş istifadəçilərin 29%-i bilmir ki, onların cihazları 5G-ni dəstəkləyir yoxsa yox. Bu il satışa çıxmış smartfonları əldə etmiş istifadəçilərdən isə 24%-i bu suala dəqiq cavab verə bilməyib.
Linki kopyala
Həftənin xəbərləri
"Premium" dizayna malik uyğun qiymətli smartfon: HONOR X8b bizə nələri vəd edir?
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək