main-post-cover

    iPhone 15 Sony-nin eksklüziv kamera sensorunu əldə edə bilər

    Cihazlar+
    29.11.2022
    Farid Pardashunas
        İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti Sony tərəfindən bir neçə müddət bundan öncə təqdim edilmiş Lytia adlı yeni kamera brendi ilə maraqlı əməkdaşlığı planlaşdırır. Gözləntilərə əsasən növbəti nəsil iPhone smartfonları yeni kamera sensorları ilə təchiz olunacaqlar. Bu isə öz növbəsində məşhur smartfonların foto çəkmə imkanlarını genişləndirməyə imkan verəcək. Məlumata əsasən Sony şirkətinin Lytia brendi altında hazırladığı yeni növ kamera sensorları bazarda artıq mövcud olan həllər ilə müqayisədə təsvirin hər bir pikselində dolğunluq səviyyəsini 2 dəfə yüksəldəcəklər. Lytia brendinin kamera sensorları optimal ekspozisiya səviyyəsini təmin edərək detallı portret fotolarının əldə edilməsində yardımçı olacaqlar. iPhone 15 smartfonlarının Lytia brendinin kameralarını əldə edəcək ilk smartfonlar olub-olmayacaqları məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər