iPhone 15 smartfonlarının RAM yaddaşları məlum olub

iPhone 15 smartfonlarının RAM yaddaşları məlum olub

Mobil Cihazlar
13.09.2023 PAYLAŞIM

    Apple dünən iPhone 15 smartfon seriyasının təqdimatını keçirtdi. Şirkət adətən öz smartfonlarının təqdimatları zamanı onların batareya həcmləri və hansı göstəricidə RAM yaddaşına sahib olmaları barəsində məlumat vermir. iPhone 15 smartfon seriyasının təqdimatı da istisna hal olmayıb. Lakin indi sözügedən yeni iPhone modellərinin hansı göstəricidə RAM yaddaşına sahib olduqları məlum olub. Proqram təminatı tərtibatçılığı üçün nəzərdə tutulmuş Xcode adlı tərtibatçılıq mühitinin 15-ci versiyasında xüsusi faylları aşkar edilib və həmin fayllar iPhone 15 smartfonlarının RAM göstəricilərini özlərində birləşdiriblər.

    Həmin fayllar sayəsində məlum olub ki, iPhone 15 və iPhone 15 Plus modelləri keçən ilki iPhone 14 iPhone 14 Plus modellərinin sahib olduqları RAM yaddaşını əldə ediblər. Yəni söhbət 6 GB-lıq RAM-dan gedir. iPhone 15 Pro iPhone 15 Pro Max modelləri isə 8 GB RAM ilə təchiz olunublar. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki iPhone 14 Pro iPhone 14 Pro Max modelləri 6 GB RAM-a sahibdirlər. 




DAHA ÇOX


Redmi K70 barəsində yeni məlumatlar verilib

Digital Chat Station ləqəbli məşhur insayder Redmi brendinin flaqman smartfon seriyası olacaq Redmi ..


iPhone 16 hansı prosessor vasitəsilə çalışacaq?

iPhone 15 smartfonlarının yenicə satışa çıxdıqlarına baxmayaraq insayderlər artıq gələn ilki iPhone ..


Xiaomi 13T və 13T Pro təqdim olundu - QİYMƏTİ

Xiaomi qlobal bazarda Xiaomi 13T və 13T Pro smartfonlarını təqdim edib.


Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxıb..

Google Pixel 8 smartfonlarının təqdimatlarına 1 həftə qalmış onların texniki göstəriciləri internetd..


Samsung Galaxy S23 FE hansı qiymətə satılacaq?

Mysmartprice saytı təqdimata hazırlaşan Samsung Galaxy S23 FE smartfonunun satış qiyməti barəsində m..


Samsung Galaxy A35 barəsində ilk məlumatlar ortaya çıxıb

Samsung mart ayında Galaxy A34 smartfonunu təqdim etmişdi. İndi isə şirkət aktiv şəkildə onun davamç..

×