main-post-cover

    iPhone 15 smartfonlarında USB Type-C üzərindən sürətli şarj yalnız orijinal naqil vasitəsilə mümkün olacaq

    Cihazlar+
    22.03.2023
    Farid Pardashunas
        Apple şirkətinin iPhone 15 smartfon seriyasında Lightning-dən imtina və onu USB Type-C ilə əvəz edəcəyi gözlənilir. USB Type-C girişinin artıq bütün cihazlar üçün vahid standart hesab edilməsinə baxmayaraq Apple onun imkanlarını məhdudlaşdıracaq. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən USB Type-C iPhone 15 modellərində daha sürətli şarj prosesini təmin edəcək. Lakin bu, yalnız sertifikatlaşdırılmış naqil vasitəslə mümkün olacaq. Hal hazırda aktual olan iPhone 14 ilə iPhone 14 Plus modellərinin maksimal şarj gücləri 20 vatt, iPhone 14 Pro modellərinin maksimal şarj gücləri isə 27 vatt təşkil edir. Bu cür şarj güclərini əldə etmək üçün sadəcə olaraq dəstəklənən şarj adapterlərini əldə etmək lazımdır.
        Şirkət artıq öz smartfonlarının qutularına şarj adapteri yerləşdirmir. İstifadəçilər onu ayrıca almaq məcburiyyətində qalırlar. Apple şirkətinin 20 vatt gücündə olan standart şarj adapteri 19$-a satılır. Lakin şirkətin 30 vatt gücündə olan şarj adapteri də var və o, 39$-a satılır. Ming-Chi Kuo-nun sözlərinə əsasən yalnız lazımi şarj adapterinin alınması kifayət etməyəcək. Belə ki, USB Type-C üzərindən sürətli şarj prosesi yalnız sertifikatlaşdırılmış naqil vasitəsilə çalışacaq. Faktiki olaraq şarj adapterinə istənilən USB Type-C naqilini qoşmaq mümkün olacaq. Lakin sürətli şarj prosesinin reallaşdırılması üçün istifadəçi məcburi şəkildə üzərində “Made for iPhone” qeydi olan orijinal naqili əldə etməli olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər