main-post-cover

    iPhone 15 ilə iPhone 15 Pro arasındakı fərq böyük olmayacaq

    Cihazlar+
    05.12.2022
    Farid Pardashunas
        Analitiklərin vermiş olduqları yeni məlumata əsasən gələn il iPhone 15 ilə iPhone 15 Pro arasındakı fərq bu ilki iPhone 14 ilə iPhone 14 Pro arasındakı fərq qədər böyük olmayacaq. Gözləntilərə əsasən bu öz növbəsində satışların təkcə iPhone Pro modellərində deyil, bütün iPhone seriyasında yüksək olacağına səbəb olacaq. Məlumata əsasən bu il Apple şirkətinin ümumi smartfon satışlarının 70%-i məhz iPhone 14 Pro ilə iPhone 14 Pro Max-ın üzərinə düşüb. iPhone 14 ilə iPhone 14 Plus-ın satışları isə aşağı səviyyədə olublar. Gözləntilərə əsasən Apple gələn ilki iPhone 15 modellərinin göstəricilərini daha balanslaşdırılmış edəcək.
        Bu üsul ilə şirkət gələn ilki bütün iPhone 15 modellərini alıcılar üçün cəlbedici etməyi hədəfləyib. Məlumata əsasən iPhone 15 modeli 4 nanometrlik A16 Bionic prosessorunu və Dynamic Island çıxıntısına sahib LTPS OLED ekran əldə edəcək. Qeyd etmək lazımdır ki, bu il Dynamic Island çıxıntılı ekranları yalnız iPhone 14 Pro modelləri əldə ediblər. Analitiklər həmçinin qeyd ediblər ki, iPhone 15 modeli 6.1 düym, iPhone 15 Plus isə 6.7 düym ekran ilə təchiz olunacaq. 120 Hz-lik təsvir yenilənməsinə gəldikdə, böyük ehtimal ilə bu özəllik eksklüziv olaraq iPhone 15 Pro modelləri üçün nəzərdə tutulacaq. Lakin bu məsələ ilə bağlı dəqiq bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər