iPhone 14 Pro-nun yol-nəqliyyat qəzasını təyin etmək funksiyası test edilib (VİDEO)

iPhone 14 Pro-nun yol-nəqliyyat qəzasını təyin etmək funksiyası test edilib (VİDEO)

Mobil Cihazlar
22.09.2022 PAYLAŞIM

    Bu ayın əvvəlində təqdim edilmiş yeni iPhone 14 smartfonları təkcə Dynamic Island adlı çıxıntı hissəyə sahib ekranlar ilə fərqlənmirlər. Belə ki, iPhone 14 modellərinin əldə etmiş olduqları daha bir maraqlı funksiya yol-nəqliyyat qəzalarının təyin edilməsidir. Bu funksiyanın məğzi ondan ibarətdir ki, istifadəçi hər hansı nəqliyyat vasitəsi daxilində olan zaman həmin nəqliyyat vasitəsində baş verə biləcək güclü silkələnmə anında iPhone 14 baş vermiş silkələnmə halını təyin edərək onu yol-nəqliyyat qəzası kimi qəbul edir və fövqəladə hallar xidməti ilə əlaqə saxlayır.

    Əgər silkələnmə halı yol-nəqliyyat qəzası ilə əlaqəli deyilsə, istifadəçi smartfonun fövqəladə hallar xidmətinə zəngini ləğv etmək üçün 10 saniyə vaxta sahib olur. Beləliklə bloggerlərdən biri iPhone 14 Pro modelində bu funksiyanın necə çalışdığını yoxlamaq qərarını verib. Bunun üçün o, əsl avtomobili qəza şəraitinə salıb. iPhone 14 Pro-da bu funksiyanın test videosu TechRax adlı Youtube kanalında təqdim edilib. Testi reallaşdırmış bloggerin sözlərinə əsasən test idarə olunan şərtlər çərçivəsində reallaşdırılıb və ətrafdakılara heç bir təhlükə yaratmayıb.


    Aparılmış testdə Mercury adlı köhnə avtomobildən istifadə edilib. Testin təhlükəsiz şəkildə aparılması üçün avtomobilə uzaqdan idarə sistemi quraşdırılıb. Avtomobilin hərəkət istiqamətinə isə öncədən bir neçə yararsız avtomobil yerləşdirilib. iPhone 14 Pro öz növbəsində sürücü oturacağına bərkidilib. Uzaqdan idarə sistemi vasitəsilə avtomobil üçün qəza vəziyyətinin yaradılması çərçivəsində iPhone 14 Pro-dakı müvafiq funksiya həqiqətən də işə düşərək siqnal səsi verməyə və təcili xidmət ilə əlaqə yaratmağa başlayıb.



DAHA ÇOX


Xiaomi 14 və Xiaomi 14 Pro barəsində yeni məlumatlar ortaya çıxıb

Xiaomi-nin flaqman smartfonlarını müxtəlif səbəblərə görə tənqid etmək olar.


OnePlus Nord 3 5G Geekbench testlərindən keçib

Məlumdur ki, OnePlus hal hazırda OnePlus Nord 3 5G smartfonu üzərində çalışır.


Sony Xperia Pro-I II flaqman smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb..

Sony şirkəti 2021-ci ildə Xperia Pro-I adlı flaqman smartfonunu təqdim etmişdi.


ASUS Zenfone 10 flaqman smartfonu barəsində bəzi rəsmi məlumatlar verilib

Dünən ASUS özünün növbəti flaqman smartfonu olacaq Zenfone 10-un təqdimatını anons etdi.


Nokia-nın növbəti büdcəli smartfonu Geekbench testlərindən keçib

Nokia brendi növbəti büdcəli smartfon üzərində çalışır. Söhbət, Nokia G42 smartfonundan gedir. ..


ASUS Zenfone 10 flaqman smartfonunun təqdimatı anons edilib

ASUS şirkəti son aylar ərzində olmuş çoxlu sayda məlumat sızıntısından sonra Zenfone 10 flaqman smar..

×