main-post-cover

    iPhone 14 Pro-nu almaq üçün müxtəlif ölkələrdə nə qədər müddət ərzində çalışmaq lazımdır?

    Cihazlar+
    11.09.2022
    Emil Nəcəfov
        Picodi adlı beynəlxalq şirkət artıq 5-ci ildir ki, “iPhone Index” adlı reytinqi tərtib edir. Sözügedən reytinqdə bu və ya digər ölkənin orta statistik vətəndaşının yeni iPhone smartfonunu alması üçün nə qədər müddət ərzində çalışmalı olduğu barəsində məlumat əks olunur. Şirkət tərəfindən tərtib edilmiş yeni reytinq 128 GB daxili yaddaşa sahib iPhone 14 Pro modelinə nəzərən tərtib edilib. “iPhone Index 2022” reytinqi lokal orta maaşlar nəzərə alınmaqla bu və ya digər ölkənin orta statistik vətəndaşının iPhone 14 Pro-nu əldə etməsi üçün nə qədər müddət ərzində çalışmalı olduğunu sərgiləyir. Beləliklə reytinqə əsasən 128 GB yaddaşa sahib iPhone 14 Pro-nun alınması üçün ən çox çalışmalı olacaq şəxs məhz Türkiyə vətəndaşıdır.
        Belə ki, o, sözügedən smartfonu almaq üçün 146.7 gün ərzində çalışmalıdır. Bu heç də təəccüblü deyil. Belə ki, Türkiyə Apple məhsullarının ən baha qiymətə satıldığı ölkələrdən biridir. Reytinqin ikinci pilləsində Filippin qərarlaşıb. Bu ölkənin orta statistik vətəndaşı iPhone 14 Pro-nu almaq üçün 90.9 gün ərzində çalışmalıdır. Reytinqin ilk üçlüyünü isə Braziliya bağlayıb. Orta statistik braziliyalı vətəndaş adı qeyd edilmiş smartfonu əldə etmək üçün 74.2 gün ərzində çalışmalıdır. 128 GB yaddaşa sahib iPhone 14 Pro-nu ən tez ala biləcək orta statistik vətəndaş İsveçrənin vətəndaşıdır. Belə ki, o, 4.6 gün ərzində çalışmaqla sözügedən smartfonu ala bilər. İsveçrəlidən sonra iPhone 14 Pro-nu ən tez ala biləcək orta statistik vətəndaş isə ABŞ vətəndaşıdır. Bu halda o, 5.7 gün ərzində çalışmalı olacaq. Reytinqdə qeyd edilmiş bütün ölkələrə aşağıda təqdim edilmiş fotodan baxmaq olar.
    Linki kopyala