main-post-cover

    iPhone 14 Pro Max-ın baha qiymətə satıldığı ölkələr məlum olub

    Cihazlar+
    09.09.2022
    Farid Pardashunas
        Apple şirkətinin flaqman iPhone modellərindən biri də yenicə təqdim edilmiş iPhone 14 Pro Max oldu. Onun satış qiyməti də flaqman smartfon olduğunu təsdiqləyir. Lakin smartfonun satıldığı regiondan asılı olaraq onu həm ucuz qiymətə həm də baha qiymətə almaq mümkündür. Nukeni adlı analitik sayt iPhone 14 Pro Max-ın müxtəlif regionlarda satış qiymətlərini təqdim edib. Təqdim edilmiş qiymət göstəriciləri müxtəlif regionlar üzrə artım sırası ilə tərtib edilib. Beləliklə verilmiş məlumata əsasən iPhone 14 Pro Max-ı ən ucuz qiymətə məhz ABŞ-da almaq mümkündür. Belə ki, ABŞ-da sözügedən smartfonun standart konfiqurasiyalı versiyası 1099$-a başa gələcək.
        Siyahıdakı növbəti satış regionları Yaponiya ilə Cənubi Koreyadır. Yaponiyada smartfon 1146$-a, Cənubi Koreyada isə 1272$-a satılır. Çində istehsal olunan iPhone 14 Pro Max-ı əldə etmək üçün 1291$ ödəmək lazım gələcək. Smartfonun Kanadada satış qiyməti 1357$, Böyük Britaniyada isə 1383$ təşkil edir. Portuqaliyada və Finlandiyada iPhone 14 Pro Max bir qədər daha baha qiymətə satılır. Belə ki, sözügedən ölkələrdə sözügedən smartfonun qiyməti 1500$-a yüksəlir. İsveçdə smartfonun qiyməti 1547$, Danimarkada isə 1593$ təşkil edir. iPhone 14 Pro Max-ın ən baha qiymətə satıldığı ölkələr Hindistan, Braziliya və Türkiyədir. Belə ki, Hindistanda smartfon 1756$-a, Braziliyada 2000$-a, Türkiyədə isə 2413$-a satılır.  
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər