iPhone 13 ön sifariş rekordu qırmağa başlayıb

iPhone 13 ön sifariş rekordu qırmağa başlayıb

Mobil Cihazlar
16.09.2021 PAYLAŞIM

    14 sentyabr tarixində Apple şirkəti yeni iPhone 13 smartfon seriyasının təqdimatını keçirtdi. İndi isə bu seriyaya daxil olan smartfonların ön sifariş göstəriciləri barəsində məlumat verilib. Belə ki, Çində bir neçə saat ərzində ön sifarişlərin sayı 1 milyonu keçib. Qeyd etmək lazımdır ki, Çindəki Apple Store-da ön sifarişlərə yalnız sabah start veriləcək. Lakin bəzi online mağazalar artıq ön sifarişləri qəbul etməyə başlayıblar.


    Məsələn JD adlı ticarət platformasındakı rəsmi Apple internet mağazasında ilkin mərhələdə iPhone 13 modellərinin ön sifarişləri 1.2 milyon təşkil edib. İndi isə bu göstərici daha yüksəkdir. Qeyd etmək lazımdır ki, Çin bazarında 128 GB daxili yaddaşa sahib iPhone 13 mini modeli 808$-a satılır. Bu isə ABŞ bazarındakı satış qiymətindən daha yüksəkdir. Belə ki, ABŞ bazarında həmin smartfon 699$-a satılır. 1 TB yaddaşa sahib iPhone 13 Pro Max modeli isə Çin bazarında 2021$-a, ABŞ bazarında 1599$-a satılır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Fərdi Google prosessoruna sahib Pixel 6 və Pixel 6 Pro smartfonları təqdim olunu..

Google şirkəti rəsmi şəkildə Pixel 6 və Pixel 6 Pro smartfonlarını təqdim edib.


OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi yaxın aylarda ilk smartfonunu t..

Ortaya çıxmış yeni məlumatlara əsasən OnePlus şirkətinin həmtəsisçisi Carl Pei özünün Nothing adlı y..


Samsung öz smartfonlarının böyük hissəsini Exynos prosessorlarına keçirdəcək..

Məlum olub ki, Samsung şirkəti kənar mobil prosessor istehsalçılarından olan asılılığını azaltmaq ni..


Yeni OnePlus 9RT smartfonu və naqilsiz Oneplus Buds Z2 qulaqlıqları təqdim olunu..

OnePlus şirkti yeni OnePlus 9RT smartfonunu təqdim edib. Bu model ilin əvvəlində təqdim edilmiş OneP..


Yeni Xiaomi Black Shark 4S və 4S Pro gamer smartfonları təqdim olunub - QİYMƏTİ..

Xiaomi şirkəti Black Shark 4 və Black Shark 4 Pro gamer smartfonlarının yenilənmiş versiyalarını təq..


iPhone SE 3-ün sahib olacağı özəlliklər barəsində məlumatlar verilib

Yaponiyanın Macotakara saytı öz mənbələrinə istinadən Apple şirkətinin ən büdcəli iPhone smartfonunu..

×