main-post-cover

    iPhone 13 modellərinin ekran qoruyucularının əks olunduqları foto ortaya çıxıb

    Cihazlar+
    25.03.2021
    Emil Nəcəfov
        İnternetdə bu ilki iPhone-lar üçün nəzərdə tutulmuş ekran qoruyucularının əks olunduqları foto ortaya çıxıb. Ortaya çıxmış fotodan da görmək olar ki, bu ilki iPhone modellərinin əsas özəlliklərindən biri ekran üzərindəki çıxıntı hissənin kiçik ölçüdə olacağıdır. Bununla yanaşı sözügedən foto bu il müxtəlif ekran ölçülərinə sahib 3 iPhone modelinin təqdim olunacağını da təsdiqləyib. Məlumata əsasən iPhone 13 modelləri də iPhone 12 modelləri kimi 5.4 düym, 6.1 düym və 6.7 düym ekranlara sahib olacaqlar.
        Fotoda əks olunmuş ekran qoruyucularının üzərlərində olan çıxıntı hissələrin ölçüləri iPhone 12 modellərinin ekranlarında olan çıxıntı hissələrin ölçüləri ilə müqayisədə bir qədər kiçikdirlər. Hələ bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Face ID texnologiyasının təkmilləşdirilməsi hesabına iPhone 13 modellərinin çıxıntı hissələrinin ölçüləri kiçiləcək. Analitikin proqnozlarına əsasən 2022-ci ildə Apple ümumiyyətlə öz smartfonlarında çıxıntı hissədən imtina edəcək və ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı hissəyə keçid edəcək. 
    Linki kopyala