main-post-cover

    iPhone 13 ilə iPhone SE 3 barəsində ilk məlumatlar verilib

    Cihazlar+
    05.10.2020
    Farid Pardashunas
        Apple şirkəti hələ iPhone 12 smartfon seriyasını təqdim etməyib, lakin analitik Ross Young Yaponiyanın Mizuho Securities adlı investisiya şirkətinə istinadən iPhone 13 iPhone SE 3 barəsində məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Analitikin verdiyi məlumata əsasən gələn il təqdim olunacaq iPhone 13 seriyasına da 4 ədəd smartfon daxil olacaq.
        Onların ekranlarının ölçüləri bu ilki iPhone modellərinin ekran ölçüləri ilə eyni olacaq. Yəni 5.42 düym, 6.06 düym və 6.67 düym. Hər bir iPhone 13 modeli OLED ekrana sahib olacaq. Lakin OLED ekranlar müxtəlif şirkətlər tərəfindən istehsal olunacaq. Bununla yanaşı iPhone 13 ProiPhone 13 Pro Max modelləri 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranları əldə edəcəklər.
        Məlumatda qeyd olunub ki, iPhone 13 və iPhone 13 Mini modelləri bu ay təqdim olunması gözlənilən iPhone 12 Pro Max modelinin kameralarını əldə edəcəklər. Pro modellərin isə LiDAR skaneri ilə təchiz olunacaqları gözlənilir. iPhone SE 3-ə gəldikdə isə analitikin verdiyi məlumata əsasən onu gələn il gözləmək lazım deyil. Belə ki, şirkət iPhone SE 3-ü 2022-ci ildə təqdim edəcək. Analitik bildirib ki, iPhone SE 3 modeli LCD ekran və ikili arxa kamera əldə edəcək. Məlumata əsasən o, iPhone 11-in dizaynını xatırladacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər