main-post-cover

    iPhone 12 Pro Max modeli iPhone tarixinin ən böyük həcmli batareyasını əldə edə bilər: Neçə mAh?

    Cihazlar+
    29.07.2020
    Farid Pardashunas
        Uzun müddət ərzində Apple smartfonlarına xas olan özəlliklərdən biri də onların böyük olmayan batareya həcmləri idi. Bəzi məlumatlara əsasən bu il təqdim olunacaq iPhone 12 seriyasına daxil olacaq modellərin batareya həcmləri daha da kiçik olacaqlar. Lakin görünür, kiçik batareya həcmini heç də bütün iPhone 12 modelləri əldə etməyəcəklər. Yeni məlumat sızıntısına əsasən iPhone 12 Pro Max modeli iPhone tarixinin ən böyük batareya həcmini əldə edəcək. Bu barədə Gizchina saytı xəbər verib.
        Koreyanın KTL adlı nizamlayıcı orqanının məlumatlar bazasında 4380 mAh həcmli batareya modelinin sertifikatlaşdırılması üzrə sənəd aşkar edilib. İnsayderlərin məumatlarına əsasən bu, iPhone 12 Pro Max üçün nəzərdə tutulmuş batareya həcmidir. Nəzərə alsaq ki, bu ilki iPhone modelləri 5G modemlər ilə təchiz olunacaqlar, onların batareya həcmlərinin böyüdülməsi heç təəccüblü deyil. İnsayderlərin əvvəlki məlumatlarına əsasən iPhone 12 ProiPhone 12 Max modelləri 2775 mAh, adi iPhone 12 modeli isə 2227 mAh enerji tutumlu batareya ilə təchiz olunacaqlar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər