iPhone 12-nin zədələnmiş ekranını dəyişdirmək hansı qiymətə başa gələcək?

iPhone 12-nin zədələnmiş ekranını dəyişdirmək hansı qiymətə başa gələcək?

Mobil Cihazlar
19.10.2020 PAYLAŞIM

    Digər istehsalçılarda olduğu kimi Apple şirkətinin də rəsmi zəmanəti cihazların mexaniki zədələnmələrinə aid edilmir. Beləliklə Apple şirkəti öz servis mərkəzlərində zədələnmiş cihazlar arasında ən çox dəyişilən komponentin iPhone 12 üçün qiymətini açıqlayıb. Təbii ki, söhbət, smartfon ekranının dəyişilməsindən gedir. Bu barədə Gizmochina saytı xəbər verib. Şirkətin verdiyi məlumata əsasən iPhone 12 ilə iPhone 12 Pro-nun ekranlarının dəyişilməsi ABŞ-da 279$-a, Çində isə 321$-a başa gələcək.

    Bununla belə qeyd olunmuş qiymət təmirin özünə şamil olunmur. Belə ki, təmir prosesi üçün ayrıca ödəniş etmək lazım gələcək. Mexaniki zədələnmələr zamanı olacaq xərclərin azaldılması üçün şirkət 2 il müddətinə genişləndirilmiş AppleCare + zəmanət paketini təqdim edir. Bu zamanət paketinin qiyməti iPhone 12 və iPhone 12 mini üçün 149$, iPhone 12 Pro və iPhone 12 Pro Max üçün isə 199$ təşkil edir. Sözügedən zəmanət paketi çərçivəsində smartfonların ekranları regiondan asılı olaraq 29$-dan başlayan qiymətlə dəyişdirilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Snapdragon 888-ə sahib ilk smartfonlar: Xiaomi Mi 11 və Mi 11 Pro-nun texniki öz..

İnternetdə Xiaomi-nin yeni flaqman smartfonları olacaq Mi 11 və Mi 11 Pro modellərinin texniki özəll..


Redmi Note 9 5G, Note 9 Pro 5G və Note 9 4G smartfonları təqdim olunub - QİYMƏTİ..

Dünən Xiaomi-nin Redmi brendi Redmi Note 9 5G, Redmi Note 9 Pro 5G və Redmi Note 9 4G smartfon model..


Samsung Galaxy S21-də Bixby vasitəsilə yeni biometrik autentifikasiya sistemi re..

Ənənəvi PIN koda alternativ olaraq smartfon istehsalçıları öz cihazlarında barmaq izi və üz skanı ki..


iPhone 12-nin istehsalı əslində Apple şirkətinə hansı qiymətə başa gəlir?..

Yaponiyanın Nikkei News saytının verdiyi məlumata əsasən Formalhaut Techno Solutions adlı şirkət yen..


Poco brendi 6000 mAh-lıq batareyaya sahib büdcəli Poco M3 smartfonunu təqdim edi..

Xiaomi şirkətinin müstəqil Poco brendi Poco M3 smartfonunun qlobal təqdimatını keçirdib.


Huawei şirkətinin gələn ilki P50 flaqman smartfon seriyası Kirin prosessorunu əl..

Huawei şirkətinin P50 flaqman smartfon seriyasının təqdimatına hələ çox zaman var. Lakin internetdə ..

×