main-post-cover

    iPhone 12-nin satışları iki mərhələdə reallaşdırılacaq

    Cihazlar+
    07.09.2020
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti yeni iPhone modellərinin satışlarını gecikdirəcək və üstəlik satışları bir neçə mərhələyə ayıracaq. İndi isə ortaya çıxmış məlumata əsasən yeni iPhone modelləri arasında ən maraqlıları bir qədər daha gec satışa çıxacaqlar. Bu barədə 9to5mac saytı xəbər verib. Verilmiş məlumata əsasən Apple şirkəti həqiqətən də iPhone 12 modellərinin satışlarını bir neçə mərhələdə reallaşdıracaq.
        Xəbərə əsasən 6.1 düym ekrana sahib olacaq iPhone 12 modelləri üçün SLP plataların istehsalına iyul ayında, 5.4 düym və 6.7 düym ekranlara sahib olacaq iPhone 12 modelləri üçün isə SLP plataların istehsalına avqust ayının ortasında start verilib. Burdan da belə qənaətə gəlmək olar ki, Apple şirkəti yetəri qədər iPhone 12 istehsalını çatdıra bilmir.
        Bu səbəbdən də şirkət ilk öncə 6.1 düym ekrana sahib olacaq iPhone 12 və iPhone 12 Pro modellərini, daha sonra isə digər iki modeli satışa çıxardacaq. Qeyd etmək lazımdır ki, bu cür gecikmə Apple üçün heç də birinci hal deyil. Belə ki, 2 il bundan öncə iPhone XR modeli sentyabr ayında təqdim olunmuş və oktyabr ayında satışa çıxmışdı. 
    Linki kopyala