iPhone 12-nin qutusunun render fotosu ortaya çıxıb: Qulaqlıq və şarj cihazı var?

iPhone 12-nin qutusunun render fotosu ortaya çıxıb: Qulaqlıq və şarj cihazı var?

Mobil Cihazlar
08.07.2020 PAYLAŞIM

    Yeni iPhone modellərindən başlayaraq onların qutularının daxilindəki məhsulların saylarında ola biləcək dəyişiklik barəsində yayılmış məlumatlarən təsdiqi üçün yeni sübutlar ortaya çıxıb. Belə ki, bir neçə müddət bundan öncə insayderlər qeyd etmişdilər ki, bu ilki iPhone 12 qutularında naqilli qulaqlıq ilə şarj cihazı olmayacaq. İndi isə internetdə iPhone 12 modellərindən birinə məxsus olan qutunun daxili hissəsinin keyfiyyətli fotosu ortaya çıxıb.


    Məlumata əsasən alıcılar bu il həqiqətən də qulaqlıq ilə şarj cihazı kimi aksessuarları ayrıca almalı olacaqlar. Bu barədə Macrumors saytı xəbər verib. Təqdim olunmuş render fotoda qutu daxilinə yerləşdirilən və iki hissədən ibarət olan xüsusi nazik qablaşdırma əks olunub. Güman olunur ki, bir hissədə şarj prosesi üçün nəzərdə tutulmuş naqil, digər hissəfə isə təlimat kitabçası yerləşəcək.

    Qablaşdırmanın perimetri üzrə olan çökək formalı hissə smartfonun yerləşdirilməsi üçün nəzərdə tutulub. Məlumatda qeyd olunub ki, qutudan qulaqlıq ilə şarj cihazının çıxarılması qərarı öz növbəsində yeni smartfonların qiymətlərinin aşağı endirilməsinə yardımçı olacaq. Qeyd etmək lazımdır ki, Apple şirkəti yeni iPhone modellərinin qutularının məhz bu cür olacaqlarını hələ rəsmi şəkildə açıqlamayıb. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Motorola RAZR 2-nin təqdimat tarixi elan edilib

Öz ilk qatlana bilən smartfon modelini Motorola brendi keçən ilin dekabr ayında təqdim etmişdi. İndi..


Məşhur insayder iPhone 12-nin təqdimat tarixi barəsində məlumat verib

Məşhur insayder Jon Prosser, Apple şirkətinin yeni məhsullarının təqdimat tarixləri barəsində məluma..


Xiaomi şirkəti Mi 10 Ultra flaqman smartfonunu təqdim edib - QİYMƏTİ

Xiaomi şirkətinin 10 illiyi şərəfinə keçirilmiş böyük təqdimat tədbiri çərçivəsində şirkət Mi 10 Ult..


Məşhur insayder Huawei Mate 40 barəsində vacib məlumat verib

Məşhur insayder Evan Blass, Huawei şirkətinin təqdim olunacaq Mate 40 seriyası barəsində məlumatlar ..


Apple şirkəti daha bir iPhone 12 modelini satışa çıxarda bilər: Söhbət, hansı mo..

Wedbush Securities analitik şirkətinin məlumatlarına əsasən Apple şirkəti 4 ədəd deyil 5 ədəd iPhone..


Huawei Mate 40-ın texniki özəllikləri sızdırılıb

Huawei Mate 40 seriyasının təqdimatının yaxınlaşması ilə internetdə onun barəsində daha çox məlumat ..

×