iPhone 12 modelləri hal hazırda məşhur olan ekran trendini əldə etməyə bilərlər

iPhone 12 modelləri hal hazırda məşhur olan ekran trendini əldə etməyə bilərlər

Mobil Cihazlar
31.07.2020 PAYLAŞIM

    Hələ təqdim olunmamış iPhone 12 smartfon seriyası barəsində yeni məlumatlar ortaya çıxmağa davam edir. Artıq bir neçə müddətdir ki, internetdə yayılmış məlumatlara əsasən bu il təqdim olunacaq iPhone 12 modellərinin qutularında şarj cihazı olmayacaq. Bu halda istifadəçilər yalnız şarj naqili əldə edəcəklər. İnsayderlərin verdikləri yeni məlumata əsasən iPhone 12 modelləri həmçinin proqram təminatı səviyyəsində də vacib bir özəlliyi əldə etməyə bilərlər. Bu barədə Gizchina saytı xəbər verib.

    Verilmiş məlumata əsasən iPhone 12 modellərinin ekranları 120 Hz-lik təsvir yenilənməsini dəstəkləməyəcəklər. İnsayderlər həmçinin əmindirlər ki, bu özəllik hətta gələn ilki iPhone modellərində də reallaşdırılmayacaq. Hal hazırda trenddə olan bu cür ekranlardan Apple şirkətinin istifadə etməməsinin əsas səbəblərindən biri kimi onların istehsalının baha başa gəlməsi ola bilər. Belə ki, yeni ekran matrisasına keçməklə şirkət öz smartfonlarının qiymətlərini də yüksəltməli olacaq. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SON DƏQİQƏ: Samsung yeni qatlana bilən Galaxy Z Fold 2 smartfonunu təqdim edib..

Samsung şirkəti Galaxy Unpacked 2020 tədbiri çərçivəsində Galaxy Note 20 seriyasından əlavə olaraq h..


SON DƏQİQƏ: Galaxy Note 20 və Galaxy Note 20 Ultra smartfonları təqdim olundular..

Samsung şirkəti Galaxy Unpacked 2020 tədbiri çərçivəsində Galaxy Note 20 flaqman smartfon seriyasını..


Poco F2 Pro: Bütöv ekran, güc, 5G və 8K | İcmal

Poco F2 Pro video icmal. Xiaominin başqa bir brendi Poco orta büdcə ilə nələr vəd edir? 60 HZ ekran,..


Apple şirkəti iPhone 12 modellərini mərhələli şəkildə satışa çıxarda bilər..

Keçən hətfə Apple şirkətinin maliyyə işləri üzrə baş vitse-prezidenti Luca Maestri investorlarla gör..


Xiaomi-nin hansı smartfonları Android 11-i əldə edəcəklər? - SİYAHI

Xiaomi forumunda Android 11 əməliyyat sistemini əldə edəcək smartfonların siyahısı qeyd olunub...


Analitiklər iPhone tarixinin ən məşhur modelini təyin ediblər

Bu il Apple şirkətinin yeni iPhone modellərinin təqdim olunmasından öncə isə analitiklər indiyənə ki..

×