main-post-cover

    iPhone 12 ekranının ilk real fotoları sızdırılıb

    Cihazlar+
    27.07.2020
    Farid Pardashunas
        Böyük ölçülü ekranlara sahib smartfon modellərinin təqdim olunması trendinə baxmayaraq iPhone 12 seriyasında kompakt ölçüyə sahib model də olacaq. iPhone 12 seriyasının təqdimatına uzun müddət qalmış insayderlər iPhone 12-nin ekran modulunun real fotolarını əldə ediblər. Həmin fotolar vasitəsilə iPhone 12-nin sahib olacağı ekran dizaynını müşahidə etmək olar. Bu barədə Mydrivers.com saytı xəbər verib. Sözügedən fotoları Digital Chat Station ləqəbli məşhur insayder təqdim edib.
        Gözləntilərə əsasən Apple şirkəti bu il 4 ədəd iPhone 12 modeli təqdim edəcək. Ortaya çıxmış fotolarda isə 5.4 düym ekrana sahib olacaq iPhone 12 modelinin ekran modulu əks olunub. Fotolardan da görmək olar ki, Apple şirkəti bu il də öz yeni smartfon modelinin ekran üzərindəki çıxıntı hissədən imtina etməyəcək. Bununla yanaşı şirkət həmçinin 6.1 düym ekrana sahib iPhone 12 Max, iPhone 12 Pro və 6.7 düym ekrana sahib iPhone 12 Pro Max modellərini təqdim etməlidir. Onu da qeyd etmək lazımdır ki, bu ilki iPhone modelləri Apple A14 Bionic prosessoruna və 5G modeminə sahib olacaqlar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər