main-post-cover

    iOS 14-ün ilk beta versiyasına sahib iPhone modellərinin enerji sərfiyyatları test olunub (VİDEO)

    Cihazlar+
    27.06.2020
    Emil Nəcəfov
        Yeni iOS 14-ün satbil versiyası hələ istifadəyə verilməyib. Lakin bu, bloqqerlərə əməliyyat sisteminin ilk beta versiyasının potensialını yoxlamağa mane olmayıb. iAppleBytes adlı Youtube kanalının müəllifləri müxtəlif əməliyyat sistemlərinə sahib Apple smartfonlarının enerji sərfiyyatlarını yoxlayıblar. Beləliklə onlar yeni iOS 14-ün enerji sərfiyyatının hansı səviyyədə olduğunu öyrənə biliblər. Təcrübə çərçivəsində bloqqerlər iPhone SE (2020)iPhone 11 smartfonlarından istifadə ediblər.
        İlk növbədə onlar sözügedən smartfonlara hal hazırda aktual olan iOS 13.5.1 və daha sonra iOS 14-ün ilk beta versiyasını yazıblar. Test çərçivəsində hər iki smartfon modelinin ekran parlaqlığı 25% təşkil edib. Təcrübədən öncə isə smartfonlar 100% enerji səviyyəsinə sahib olublar. Belliklə iOS 14-ün ilk beta versiyasına sahib iPhone SE (2020) modelində Geekbench-in işə salınması nəticəsində smartfon 4 saat 12 dəqiqə enerji saxlaya bilib. Bu, iOS 13.5.1-ə sahib iPhone SE (2020)-nin enerji sərfiyyatı səviyyəsindədir.
        Lakin iOS 14-ün ilk beta versiyasına sahib iPhone 11 modeli 6 saat 40 dəqiqə enerji saxlaya bilib. Bu isə iOS 13.5.1-ə sahib iPhone 11-in göstəricisindən 40 dəqiqə çoxdur. Onu da qeyd etmək lazımdır ki, iOS 14 beta 1-ə sahib iPhone SE (2020) smartfonu Geekbench testi nəticəsində 2512 xal, iPhone 11 modeli isə 3988 xal toplayıb. Müqayisə üçün iOS 13.5.1-ə sahib iPhone SE (2020) Geekbench testi çərçivəsində 2506 xal, iPhone 11 isə 3630 xal toplayır.
    Linki kopyala