main-post-cover

    İnsayderlər Redmi K50 smartfon seriyası barəsində məlumatlar veriblər

    Cihazlar+
    04.10.2021
    Farid Pardashunas
        İnsayderlər Redmi brendinin Redmi K50 smartfon seriyası barəsində məlumatlar veriblər. Gözləntilərə əsasən bu seriyaya Redmi K50, K50 Pro K50 Pro+ modelləri daxil olacaqlar. Sözügedən sartfonlar öz aralarında texniki özəlliklər üzrə fərqlənəcəklər. Söhbət, təkcə prosessor fərqindən getmir. Bura həmçinin kamera  və sürətli şarj texnologiyasının göstəriciləri daxildirlər. Beləliklə insayderlərin məlumatlarına əsasən smartfonlar Samsung istehsalı OLED ekranlara sahib olacaqlar. Ekranlar həmçinin 120 Hz-lik təsvir yenilənməsini də dəstəkləyəcəklər. Kameralar baxımından adi K50 modelinin əsas kamerası 48 MP-lik, K50 Pro modelinin əsas kamerası 50 MP-lik, K50 Pro+ modelinin əsas kamerası isə 108 MP-lik olacaq.
        İnsayderlər bildiriblər ki, K50 Pro modeli Snapdragon 888 prosessoru, K50 Pro+ modeli isə Snapdragon 898 prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Snapdragon 898 prosessorunun ilin sonunda təqdim olunacağı gözlənilir. Sürətli şarj texnologiyasının göstəricilərinə gəldikdə isə adi K50 modeli 33 vatt, K50 Pro modeli 67 vatt, K50 Pro+ modeli 120 vatt gücündə sürətli şarj texnologiyasını əldə edəcək. Gözləntilərə əsasən K50 və K50 Pro modelləri ilin sonuna kimi təqdim olunacaqlar. K50 Pro+ modelinin təqdimatı isə 2022-ci ilin birinci rübündə baş verəcək. Smartfonların satış qiymətləri barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər