main-post-cover

    İnsayderlər: Qatlana bilən Galaxy Z Fold 3 smartfonu Galaxy Note seriyasını tamamilə ləğv edəcək

    Cihazlar+
    23.11.2020
    Emil Nəcəfov
        İnsayderlər artıq dəfərlərlə xəbər veriblər ki, Samsung şirkəti Galaxy S seriyasını və qatlana bilən Galaxy Z Fold 3-ü smartfonunu S Pen stilusu ilə təchiz etməyi panlaşdırır. İnayderlərin yeni hesabatları qatlana bilən Galaxy Z Fold 3 smartfonunun güman olunan satış tarixini özündə birləşdirir. Bununla yanaşı hesabatdakı məlumata əsasən Samsung şirkəti Galaxy Note seriyasından ümumiyyətlə imtina etmək niyyətindədir. Bu barədə Wccftech saytı xəbər verib.
        Verilmiş yeni məlumata əsasən Samsung-un 2021-c ildə satışa çıxardacağı yeni qatlana bilən smartfonu dözümlü ekran örtüyü sayəsində S Pen stilusunu dəstəkləyəcək. Bu halda Galaxy Note seriyasının yeni modelləri satışa çıxmayacaqlar. Belə ki, Galaxy Note seriyasının fərqləndirici özəlliyi olan S Pen stilusu Samsung-un digər smartfonlarında dəstəklənəcək. Bununla yanaşı təqdim edilmiş hesabatda ekranın alt hissəsinə kamera modulunun yerləşdirilməsindən də bəhs edilir. Güman olunur ki, Galaxy Z Fold 3 smartfonunda ön kamera məhz bu cür texnologiya üzrə reallaşdırılacaq. Güman olunur ki, Galaxy Z Fold 3-ün təqdimatı gələn ilin iyun ayında baş tutacaq. 
    Linki kopyala